Əlixan Musayev:
Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.
Bünyadov-Məmmədəliyev:
Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük.
Elmir Quliyev
:
Мы достигли неба, но обнаружили, что оно заполнено суровыми стражами и пылающими огнями.
Ələddin Sultanov:
Biz (cinlər) göyə qalxıb onu yoxladıq, onun güclü gözətçilərlə və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.
Kerbelayi Malik ağa:
Biz səmaya qalxdıq. O zaman onun çox güclü gözətçilər və şihablarla (yandırıb-yaxan ulduzlarla) dolu olduğunu gördük.
Ələsgər Musayev:
Və biz toxunduq səmaya və
onu çoxlu od gülləsi ilə silahlanmış, qolu qüvvətli və qüdrətli
qoruqçularla dolu tapdıq.
A.Mehdiyev və D.Cəfərli:
«Biz göyə qalxdıq və onu güclü gözətçilər və şöləli oxlarla dolu gördük».
Kövsər Tağıyev:
“Şübhəsiz, biz göyə çatmaq istədik, lakin onu güclü gözətçilərlə və yandırıcı işıqlarla dolu gördük”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz səmaya toxunub (onu yoxladıq). Onun güclü gözətçilərlə və yandırıcı ulduzlarla dolu olduğunu gördük.
Sabirə Dünyamalıyeva:
Və həqiqətən biz göyə toxunduq və onun güclü gözətçilər və parlaq alovlarla doldurulduğunu gördük.