Fəcr Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.
Bünyadov-Məmmədəliyev:
(Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.
Elmir Quliyev :
подобных которому не было сотворено в городах?
Ələddin Sultanov:
Məmləkətlər arasında onlar kimisi yaradılmamışdı.
Kerbelayi Malik ağa:
O (İrəm Şəhəri) ki, ölkələr içində onun bir bənzəri yaradılmadı.
Ələsgər Musayev:
hansı ki, xəlq olunmayıb misli onun ölkədə.
A.Mehdiyev və D.Cəfərli:
Elə bir şəhər ki, onun bənzəri şəhərlər arasında (bəşər əli ilə) yaradılmamışdı.
Kövsər Tağıyev:
şəhərlər içində bənzəri qurulmamış,
M.Qənioğlu və T.Bilaloğlu:
(o camaat ki) başqa ölkələrdə onlara bənzəri yaradılmamışdı.
Sabirə Dünyamalıyeva:
məmləkətlər arasında onun kimisi əmələ gətirilməmişdi