Nəhl Surəsi 80. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə sal­­dığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik on­­ların yunundan, tiftiyindən tükündən müəyyən vaxta qədər (istifadə edəcəyiniz) ev əşyaları başqa şeylər düzəltdi.
Bünyadov-Məmmədəliyev:
Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi, heyvanların dərilərindən həm köç vaxtı, həm bir yerdə qaldığınız zaman (daşınması) sizin üçün yüngül (asan) olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən qılından müəyyən vaxta qədər (ömrünüzün sonuna kimi ya onlar köhnələnədək) istifadə edəcəyiniz ev əşyası (pal-paltar, xalça-palaz) (satlıq) mal verdi.
Elmir Quliyev :
Аллах сделал для вас дома жилищами. Он также сделал для вас жилища из шкур домашнего скота, которые не обременяют вас, когда вы отправляетесь в путь или делаете привал. Он даровал вам утварь и всякие предметы из шерсти, пуха и волоса, чтобы вы пользовались ими до определенного времени.
Ələddin Sultanov:
Allah evlərinizi sizin üçün bir hüzur yeri etdi heyvanların dərilərindən sizin üçün köç vaxtı bir yerdə qaldığınız zaman rahatlıqla daşıya biləcəyiniz evlər, yunundan, tükündən qılından da müəyyən bir vaxta qədər (istifadə edəcəyiniz) ev əşyası ticarət malı meydana gətirdi.
Kerbelayi Malik ağa:
Allah evlərinizi sizin üçün rahat məskən etdi. Sizin üçün heyvanların dərilərindən köç etdiyiniz düşərgə saldığınız günlərdə daşına bilən evlər (çadırlar) onların yunlarından, tiftik tüklərindən müxtəlif mal bir zamana qədər istifadə vasitəsi etdi.
Ələsgər Musayev:
Etdi Allah sizin üçün evlərinizi məskən etdi davarların cildlərindən sizin üçün evlər, ta yüngül olsun köç edən gündə bir yerdə dayanan gündə. O davarların yunundan tükündən qılından sizin üçün mənzil əsası müəyyən müddətə kimi istifadə edəcəyiniz şeylər etdi.
A.Mehdiyev və D.Cəfərli:
Allah evlərinizi sizin üçün məskən rahatlıq yeri etdi, dördayaqlıların dərisindən səfər gününüz səhranişinlik vaxtlarınızda asanlıq rahatlıqla daşıdığınız (daşınan) evlər qoydu onların yun, tük qıllarını müəyyən bir müddətədək ev əşyası istifadə avadanlığı etdi.
Kövsər Tağıyev:
Allah sizin üçün evlərinizi hüzur dincəlmə yeri etdi. Heyvanların dərilərindən istər köç gününüzdə, istərsə bir yerdə qaldığınız günlərdə asanlıqla daşıyacağınız evlər, onların yunlarından, tüklərindən qıllarından müəyyən bir vaxta qədər faydalanacağınız ev əşyası mal yaratdı.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah evlərinizi sizin üçün yaşayış yeri etdi. O, mal-qaranın dərilərindən bir yerə səfər etdiyiniz vaxt bir yerdə qaldığınız vaxt asanlıqla apara bildiyiniz evlər (xeymələr), onların yunundan, tif- tiyindən tükündən ev ləvazimatı bir vaxta qədər (işlədəcəyiniz) şeylər düzəltmək üçün (imkan yaratdı).
Sabirə Dünyamalıyeva:
Allah evlərinizi sizə bir dinclik istirahət yeri etdi. heyvanların dərilərindən səfər vaxtı bir mənzil tutduğunuz günlərdə evlər, [heyvanların] yunundan, qılından tükündən müəyyən vaxta qədər döşəmə əşyası qazanc [istifadə avadanlığı] etdi.