İsra Surəsi 80. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver”.
Bünyadov-Məmmədəliyev:
De: “Ey Rəbbim! Məni daxil edəcəyin yerə (Mədinəyə) xoşluqla daxil et, məni çıxaracağın yerdən (Məkkədən) xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!” (Mənə elə bir qüdrət ver ki, müşriklər kafirlər həmişə onun qarşısında aciz qalsınlar!)
Elmir Quliyev :
Скажи: "Господи! Пусть мое пришествие будет правдивым, и пусть мой уход будет правдивым! Даруй мне от Тебя знамение в помощь".
Ələddin Sultanov:
De: “Ey Rəbbim! Daxil olacağım yerə məni xoşluqla daxil et, çıxaracağın yerdən məni xoşluqla çıxart Öz dərgahından mənə yardım edən bir güc ver!”
Kerbelayi Malik ağa:
De ki: ‘Rəbbim məni sidq ilə daxil et məni sidq ilə çıxar. Mənə sənin qatından (gizli elmindən) bir köməkçi sultan ver.’
Ələsgər Musayev:
De: «Rəbbim! Daxil et məni sidqlə daxil etməklə xaric et məni sidqlə xaric etməklə et mənim üçün yanından sultan nəsir!»
A.Mehdiyev və D.Cəfərli:
de: «Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq doğruluqla daxil et haqq doğruluqla çıxart Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!»
Kövsər Tağıyev:
De ki: “Rəbbim! Məni (girəcəyim yerə) doğruluq salamatlıqla daxil et. (Çıxacağım yerdən də) məni doğruluq salamatlıqla çıxar. Öz qatından mənə kömək olan bir qüvvə ver”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Rəbbim, məni giriləcək yerə sidqlə daxil et çıxılacaq yerdən sidqlə çıxart. Öz dərgahından mənə kömək olacaq bir hökm bəxş et!"
Sabirə Dünyamalıyeva:
ki: "Ey Rəbbim! Məni, düzgünlüklə daxil et düzgünlüklə çıxar. mənə Öz dərgahından köməkçi bir qüvvə ver."