Kəhf Surəsi 80. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz (uşağın böyüyəndə) onları azğınlığa küfrə sürükləməsindən qorxduq.
Bünyadov-Məmmədəliyev:
Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə kafir olacaq) buna görə biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa küfrə sürükləməsindən qorxduq.
Elmir Quliyev :
Что касается мальчика, то его родители являются верующими, и мы опасались, что он будет притеснять их по причине своего беззакония и неверия.
Ələddin Sultanov:
Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz onun ata-anasını azğınlığa küfrə sövq etməsindən qorxduq.
Kerbelayi Malik ağa:
O uşaq məsələsinə gəldikdə isə, onun ana atası mömin idi. Onları azğınlığa küfrə vadar etməsindən qorxduq.
Ələsgər Musayev:
Amma o oğlan onun ata anası inanan idilər biz, çəkindik ki, onların ikisini tüğyana küfrə vadar edə.
A.Mehdiyev və D.Cəfərli:
O yeniyetmə oğlana gəldikdə isə: (O, kafir azğın,) ata-anası (isə) mömin idilər. Buna görə də, onun o ikisini (ata-anasını əməldə) azğınlığa (etiqadda) küfrə vadar etməsindən qorxduq.
Kövsər Tağıyev:
“Oğlan uşağına gəlincə, onun ata-anası mömin insanlar idi. Onları azğınlığa küfrə sürükləməsindən qorxduq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər biz qorxduq ki, o onları itaətsizliyə küfrə sürükləyə,
Sabirə Dünyamalıyeva:
Cavana da gəlincə; onun ana-atası mömin kimsələr idi. Bax o səbəblə biz, onun, ana-atasını yoldan azdırmasından küfrə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkara] sürükləməsindən qorxduq.