Əlixan Musayev:
Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir.
Bünyadov-Məmmədəliyev:
Onun dediyi şeylər (mal-dövləti, övladı) Bizə qalacaq və hüzurumuza tək-tənha gələcəkdir. (Bütün malını və övladını əlindən alacağıq və o məhşərə ilk dəfə dünyaya gəldiyi kimi lüt-üryan, heç kimsiz və heç nəsiz gələcəkdir).
Elmir Quliyev
:
Мы унаследуем от него то, о чем он говорил, и он явится к Нам в одиночестве.
Ələddin Sultanov:
Onun söylədiklərinə Biz varis olacağıq (mal-mülkü və övladları Bizə qalacaq) və o, tək-tənha bizə gələcəkdir.
Kerbelayi Malik ağa:
Onun söylədiyi şeylərə Biz varis olacağıq və o, Bizə tək başına (mal-dövləti və övladı olmadan) gələcək.
Ələsgər Musayev:
Miras qalacaq bizə nə ki, deyir və gələcək
yanımıza fərd olaraq.
A.Mehdiyev və D.Cəfərli:
Və dediklərinə (dediyi şirk sözlərə və ya barəsində danışdığı sərvət və övlada) varis olacağıq və (Qiyamət günü) o, Bizim yanımıza tək gələcəkdir.
Kövsər Tağıyev:
Onun (axirətdə sahib olacağını) söylədiyi şeylərə biz varis olacağıq və o bizim hüzurumuza tək başına gələcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun dediyi şeyləri [sərvəti,övladı və s.] Biz miras alacağıq və o, yanımıza tək gələcəkdir.
Sabirə Dünyamalıyeva:
Və o söylədiyi şeylərə Biz varis olacağıq/son söz və əməl Bizimdir və o, Bizə tək başına gələcək.