Bəqərə Surəsi 80. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almışsınızmı? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”
Bünyadov-Məmmədəliyev:
Onlar (yəhudilər): “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” –deyərlər. (Ya Rəsulum!) Onlara söylə: “Siz Allahdan belə bir vəd almısınızmı? (Əgər belədirsə) Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?”
Elmir Quliyev :
Они говорят: "Огонь коснется нас лишь на считанные дни". Скажи: "Неужели вы заключили завет с Аллахом? А ведь Аллах никогда не изменит Своему обещанию! Или же вы наговариваете на Аллаха то, чего не знаете?"
Ələddin Sultanov:
Onlar: “Cəhənnəm odu bir neçə gündən artıq bizə toxunmayacaq!” dedilər. De ki: “Allahdan bir vəd almısınız? Əgər elədirsə, Allah heç vaxt Öz vədindən dönməz. Yoxsa Allah haqqında bilmədiyiniz şeylərmi söyləyirsiniz?”
Kerbelayi Malik ağa:
Əmaniyyəyə tabe olanlar: ‘Atəş bizə sayılı günlərdən başqa əsla toxunmayacaq (günahlarımız qədər yanıb sonra cənnətə girəcəyik).’ dedilər. De ki: ‘Allah dərgahından bir əhdmi aldınız?’ O təqdirdə (əgər belə bir əhd aldınızsa) Allah əhdindən əsla dönməz. Yoxsa Allaha qarşı bilmədiyiniz bir şeymi söyləyirsiniz?
Ələsgər Musayev:
Dedilər: «Təmas olmayacaq bizə odancaq günlərin müddəti». De: «Ə, götürdünüzmü Allah yanından əhd? Xilaf etməz Allah əhdinə. Yoxsa deyirsiniz üzərinə Allahın ki, bilmirsiniz?»
A.Mehdiyev və D.Cəfərli:
dedilər: «Cəhənnəm odu bizi bir neçə gündən (dədə-babalarımızın buzova ibadət etdikləri günlərin sayından) artıq yandırmaz». De: «Allah tərəfindən bir əhd-peyman almısınız ki, Allah da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!»
Kövsər Tağıyev:
Bir dedilər ki: “Atəş bizə bir neçə gündən artıq əsla toxunmayacaq”. Sən onlara de ki: “Siz bunun üçün Allahdan sözmü aldınız? Əgər belədirsə, Allah verdiyi sözdən dönməz. Yoxsa siz Allah barəsində bilməyəcəyiniz şeylər söyləyirsiniz?”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Cəhənnəm odu bizə ancaq bir neçə gün toxunar." De: "Məgər Allahdan vəd almışınız Allah da vədini heç vaxt pozmayacaq ? Yoxsa Allaha qarşı bilmədiyinizi deyirsiniz ?
Sabirə Dünyamalıyeva:
onlar dedilər ki: "Od bizə bir neçə gündən artıq toxunmayacaq." De ki: "Allahdan bir zəmanət, bir vəd almısınızmı? Allah, verdiyi sözə əsla xilaf çıxmaz. Yoxsa siz, Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?"