Möminun Surəsi 80. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Dirildən də, öldürən Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər (bunu) anlamırsınız?
Bünyadov-Məmmədəliyev:
Dirildən də, öldürən Odur. Gecə gündüzü bir-birinin ardınca gedib-gəlməsi Onun əmrilədir. Məgər (Allahın qüdrətini, ibadətə bütlərin deyil, məhz Onun layiq olduğunu) dərk etmirsiniz?
Elmir Quliyev :
Он Тот, Кто дарует жизнь и умерщвляет. Он чередует ночь и день. Неужели вы не разумеете?
Ələddin Sultanov:
Dirildən də, öldürən Odur. Gecə gündüzün dəyişməsi Onun əlindədir. Yenə düşünmürsünüzmü?
Kerbelayi Malik ağa:
Həyat verən öldürən Odur. Gecə gündüzün ard-arda gəlməsi Ona aiddir. Hələ ağıl işlətmirsinizmi?
Ələsgər Musayev:
O Odur ki, həyat verir öldürür Ona aiddir gecənin gündüzün ixtilafı. Ə, məgər əql etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
(Həyat qabiliyyəti olan hər bir varlığı) dirildən (ölüm qabiliyyəti olan hər bir varlığı) öldürən Odur gecə ilə gündüzün get-gəli Ona məxsusdur (və Onun əlindədir). Belə isə heç düşünmürsünüz?!
Kövsər Tağıyev:
O, dirildəndir öldürəndir. Gecə ilə gündüzün bir-birini izləməsi Ona aiddir. Hələ düşünmürsünüzmü?
M.Qənioğlu və T.Bilaloğlu:
Həyat verən də, öldürən Odur. Gecə-gündüzün dəyişməsi Ona aiddir. Siz bir dərk etməzsinizmi?
Sabirə Dünyamalıyeva:
Allah dirildər öldürər. Gecə ilə gündüzün bir-birini izləməsi yalnız Ona məxsusdur. Hələ ağlınızı işlətmirsinizmi?