Ali-İmran Surəsi 80. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O sizə mələkləri peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?
Bünyadov-Məmmədəliyev:
O sizə mələkləri peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizə müsəlman olduqdan (özünüzü Allaha təslim etdikdən) sonra kafir olmağı heç əmr edərmi?!
Elmir Quliyev :
Ему также не подобает приказывать вам признавать ангелов и пророков своими господами. Разве он станет приказывать вам совершить неверие после того, как вы стали мусульманами?
Ələddin Sultanov:
O sizə, mələkləri peyğəmbərləri özünüzə ilah qəbul etməyi əmr etməz. Müsəlman olduqdan sonra heç o sizə kafir olmağı əmr edərmi?
Kerbelayi Malik ağa:
Sizə: ‘Mələkləri peyğəmbərləri Rəbb qəbul edin!’ deyə əmr etməz. Siz müsəlman olduqdan (təslim olduqdan) sonra sizə küfrü əmr edərmi?
Ələsgər Musayev:
Əmr etməz o sizə ki, götürəsiniz mələkləri nəbiləri rəblər. Ə, məgər əmr edərmi sizə küfrü, ondan sonra ki, təslim oldunuz?
A.Mehdiyev və D.Cəfərli:
H?mcinin siz? m?l?kl?ri v? peyg?mb?rl?ri ozunuz? R?bb goturm?yi ?mr etm?si yarasmaz. M?g?r (hans?sa bir peyg?mb?r) siz haqqa t?slim olduqdan sonra siz? kafir olmag? ?mr ed?r?!
Kövsər Tağıyev:
Onun sizə: “Mələkləri peyğəmbərləri ilahlar olaraq qəbul edin”, deyə əmr etməsi ağlabatan deyil. Siz müsəlman olduqdan sonra O, heç sizə inkar etməyi əmr edərmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Onun sizə mələkləri peyğəmbərləri özünüzə rəbblər götürməyi əmr etməsi (yaraşmaz). Siz müsəlman [Allaha təslim] olduqdan sonra o, heç sizə kafir olmağı əmr edərmi?
Sabirə Dünyamalıyeva:
Allah sizə, təbii gücləri; zorakıları, zorakı rejimləri peyğəmbərləri özünüzə rəbb qəbul etməyinizi əmr etməz. Siz müsəlman olduqdan sonra, sizə küfrü [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etməyi heç əmr edərmi?!