Zuxruf Surəsi 80. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında (əməllərini) yazan elçilərimiz vardır.
Bünyadov-Məmmədəliyev:
Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar gizli söhbətlərini) yazırlar!
Elmir Quliyev :
Неужели они полагают, что Мы не слышим их секретов и тайных переговоров? О нет! При них находятся Наши посланцы, которые записывают.
Ələddin Sultanov:
Yoxsa onlar öz sirlərini gizli danışıqlarını eşitmədiyimizimi zənn edirlər?! Xeyr! Onların yanındakı elçilərimiz (mələklər) yazırlar.
Kerbelayi Malik ağa:
Yoxsa onların sirlərini pıçıltılarını eşitməyəcəyimizimi zənn edirlər? Xeyr, onların yanında rəsullarımız (hər şeyi) yazırlar.
Ələsgər Musayev:
Yoxsa hesab etdilər ki, Biz eşitmirik onların sirlərini danışıqlarını? Bəli! Elçilərimiz yanlarında yazırlar.
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa onlar Bizim onların ürəklərinin sirlərini pıçıltılarını eşitmədiyimizi güman edirlər? Xeyir (eşidirik)! Bizim onların yanında olan elçilərimiz yazırlar.
Kövsər Tağıyev:
Yoxsa onların sirlərini gizli söhbətlərini eşitmədiyimizi zənn edirlər? Xeyr, elə deyil, yanlarındakı elçilərimiz (mələklər) yazırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirrini xəlvət söhbətlərini eşitmirik? Xeyr, (eşidirik). Onların yanındakı elçilərimiz [mələklərimiz] hər şeyi yazırlar.
Sabirə Dünyamalıyeva:
Yoxsa onlar, Bizim onların sirlərini pıçıldaşmalarını həqiqətən eşitmədiyimizi güman edirlər? Bəli! Eşidirik, yanlarında olan elçilərimiz yazırlar.