Əlixan Musayev:
Onların bağışlanması üçün dua etsən də, etməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları hidayət yoluna yönəltməz.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!
Elmir Quliyev
:
Будешь ли ты просить прощения для них или не будешь делать этого, Аллах все равно не простит их, даже если ты попросишь для них прощения семьдесят раз, ибо они не уверовали в Аллаха и Его Посланника. Аллах не ведет прямым путем нечестивых людей.
Ələddin Sultanov:
Onlar üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları bağışlamayacaq. Bu, onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiqlər tayfasını doğru yola yönəltməz. (Münafiqlərin başçısı Abdullah ibn Übeyy ölümcül xəstəliyə tutulduğu zaman oğlu Abdullah Həzrət Peyğəmbərin yanına gələrək atası üçün istiğfar etməsini istəmişdi. Abdullah səmimi bir müsəlman olduğu üçün Həzrət Peyğəmbər onun xətrinə dəyməyərək atasının bağışlanması üçün Allaha dua etdi. Buna görə də yuxarıdakı ayə nazil oldu.)
Kerbelayi Malik ağa:
Onlar üçün məğfirət dilə və ya məğfirət diləmə. Əgər yetmiş dəfə məğfirət diləsən də Allah onları əsla məğfirət etməz. Bu, Allahı və Onun Rəsulunu inkar etmələri səbəbiylədir. Allah fasiq qövmü hidayətə ərdirməz.
Ələsgər Musayev:
Onlar üçün bağışlanmaq istəyəsən, ya istəməyəsən;
əgər yetmiş dəfə bağışlanmaq istəsən də Allah onları
bağışlamayacaq. Bu, ona görədir ki, onlar kafir oldular Allah
ilə və Onun rəsulu ilə. Allah fasiq qoumu hidayət etməz!
A.Mehdiyev və D.Cəfərli:
Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə (birdir), əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və Onun Peyğəmbərinə kafir oldular. Allah fasiq dəstəni hidayət etməz.
Kövsər Tağıyev:
Onlar üçün istər bağışlanma dilə, istər diləmə (fərqi yoxdur). Onlar üçün yetmiş dəfə bağışlanma diləsən də Allah onları əsla əfv etməyəcək. Bu, onların Allahı və Rəsulunu inkar etmələri səbəbi ilədir. Allah fasiq qövmü doğru yola yönəltməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar üçün bağışlanma istər dilə, istər diləmə; əgər onların bağışlanmasını yetmiş dəfə də istəsən, Allah onları bağışlamaz. Çünki onlar Allaha və Onun peyğəmbərinə inanmayıblar. Allah isə azğın adamlara bir yol göstərməz!
Sabirə Dünyamalıyeva:
Onlar üçün istər bağışlanma dilə, istər diləmə. Onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaqdır. Bu, onların Allahı və Rəsulunu qəbul etməmələri səbəbiylədir. Allah, haqq yoldan çıxmışlar dəstəsinə yol göstərmək.