Yunus Surəsi 81. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar (əllərindəki ipləri dəyənəkləri) atdıqda Musa dedi: “Sizin gördüyünüz sehrdir. Həqiqətən, Allah onu boşa çıxaracaq. Çünki Allah fitnə-fəsad törədənlərin işini düzəltməz”.
Bünyadov-Məmmədəliyev:
Onlar (əllərindəkini yerə) atdıqda Musa dedi: “Sizin etdiyiniz (gətirdiyiniz) hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz!
Elmir Quliyev :
Когда они бросили, Муса (Моисей) сказал: "Вы явили колдовство. Воистину, Аллах сделает его тщетным. Аллах не исправляет деяний распространяющих нечестие.
Ələddin Sultanov:
Onlar (əllərindəki ipləri yerə) atdıqları zaman Musa dedi: “Sizin etdiyiniz sehrdir. Şübhəsiz ki, Allah onu boşa çıxaracaqdır. Həqiqətən, Allah fitnə-fəsad törədənlərin əməlini islah etməz.
Kerbelayi Malik ağa:
Onlar atdıqları zaman Musa (ə.s) belə dedi: ‘Sizin gətirdiyiniz şey sehrdir. Şübhəsiz ki, Allah onu batil edəcək.’ Şübhəsiz ki, Allah fəsad çıxaranların əməlini islah etməz.
Ələsgər Musayev:
Amma elə ki, atdılar, dedi Musa: «Nə ki, gəldiniz onunla, sehrdir. Həqiqətən, Allah onu batil edər; həqiqətən, Allah fəsadçıların əməlini islah etməyəcək!
A.Mehdiyev və D.Cəfərli:
Beləliliklə, elə ki, atdılar (cadularını göstərdilər), Musa dedi: «Sizin (meydana) gətirdiyiniz şey sehrdir. Şübhəsiz, Allah tezliklə onu puça çıxaracaqdır. Həqiqətən, Allah fəsad törədənlərin işini qaydasına salmaz».
Kövsər Tağıyev:
Bilin ki, göylərdə yerdə kim varsa Allahındır. Allahdan başqasına tapınanlar (əslində) Allaha qoşduqları şəriklərə tabe olmurlar, şübhəsiz, onlar ancaq zənnə uyurlar yalnız yalan söyləyirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar atanda Musa dedi: "Sizin etdiyiniz sehrbazlıqdır. Həqiqətən, Allah bunu boşa çıxaracaq. Axı Allah fəsad törədənlərin işini yoluna qoymaz.
Sabirə Dünyamalıyeva:
Onlar meydana atdıqda, Musa dedi: "Sizin gətirdiyiniz şey göz boyamaqdır/yalandır. Şübhəsiz ki, Allah onun boş əsassız olduğunu meydana çıxaracaq. Şübhə yoxdur ki, Allah fitnə-fəsadçıların işini düzəltməz.