Əlixan Musayev:
Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, (Allah) Öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız.
Bünyadov-Məmmədəliyev:
Allah yaratdığı şeylərdən (ağaclardan, evlərdən, dağlardan və buludlardan) sizin üçün (günəşin hərarətindən qorunmaq məqsədilə) kölgəliklər əmələ gətirdi, sizdən ötrü dağlarda sığınacaqlar (mağaralar, kahalar), sizi istidən (və soyuqdan) saxlayacaq (yun, kətan, pambıq) köynəklər, (sizi müharibədə) qoruyacaq zirehli geyimlər düzəltdi. Allah nemətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz (müsəlman olasınız)!
Elmir Quliyev
:
Аллах даровал вам тень от того, что Он сотворил. Он устроил для вас убежища в горах, сотворил для вас одеяния, которые оберегают вас от жары, и доспехи, которые защищают вас от причиняемого вами вреда. Так Он доводит до конца Свою милость к вам, — быть может, вы станете мусульманами.
Ələddin Sultanov:
Allah, yaratdığı şeylərdən sizin üçün kölgəliklər etdi. Dağlarda sizin üçün sığınacaqlar yaratdı. Sizi istidən qoruyan geyimlər və həmçinin müharibədə sizi mühafizə edən zirehli paltar yaratdı. Beləcə, O, müsəlman olasınız deyə sizə olan nemətini tamamladı.
Kerbelayi Malik ağa:
Allah yaratdığı şeylərdən sizin üçün kölgəliklər yaratdı. Sizin üçün dağlarda sığınacaq yerlər və istidən qoruyan geyimlər və sizi şiddətli (zərbələrdən) qoruyan geyimlər (zirehlər) düzəltdi. Sizin üzərinizdəki nemətini belə tamamlayır ki, bəlkə təslim olarsınız.
Ələsgər Musayev:
Etdi Allah
xəlq etdiyindən sizin üçün kölgəlik və etdi sizin üçün dağlardan
məskənlər. Sizin üçün etdi geyimlər ki, sizi istidən qorusun və
geyimlər ki, sizi bir-birinizin basqısından qorusun. Belə tamam
etdi nemətlərini sizin üçün, ola ki, təslim olanlar olasınız.
A.Mehdiyev və D.Cəfərli:
Və Allah (ağac, tavan və çardaq kimi) yaratdıqlarından sizin üçün kölgələr yaratdı, sizin üçün dağlardan mağaralar və sığınacaqlar düzəltdi və sizin üçün sizi istidən (və soyuqdan) qoruyan paltarlar və sizi bir-birinizin zərərindən qoruyan geyimlər (döyüş geyimləri) müəyyənləşdirdi. O, Öz nemətini sizə belə tam həddə çatdırır ki, bəlkə (Onun istək və iradəsinə) təslim olasınız.
Kövsər Tağıyev:
Allah yaratdıqlarından sizin üçün kölgələr meydana gətirdi və dağlarda da sizin üçün sığınacaqlar əmələ gətirdi. Sizi istidən qoruyacaq paltarlar və savaşda sizi qoruyacaq zirehlər verdi. Müsəlman olasınız deyə Allah sizə nemətini belə tamamlayır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah Özünün yaratdığı şeylərdən sizin üçün kölgəliklər yaratdı, dağlarda sizin üçün sığınacaqlar yaratdı, sizin üçün özünüzü istidən qoruyan libaslar və sizi zərbədən qoruyan zirehlər yaratdı. O, Öz yaxşılığını sizin üçün belə tamamlayır ki, bəlkə müsəlman (Allaha təslim) olasınız.
Sabirə Dünyamalıyeva:
Və Allah, yaratdıqlarından sizin üçün kölgələr düzəltdi və sizin üçün dağlardan sığınacaqlar etdi. Sizi istidən-soyuqdan qoruyacaq libaslar və sizi özünüzün [bir-birinizin] qəzəbindən qoruyan geyimlər əmələ gətirdi. Bax beləcə, Allah, müsəlman olasınız deyə sizə nemətini artırır.