Nisa Surəsi 81. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr (bir yerə yığışıb) sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr etdiklərini yazır. Onlardan üz döndər Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Onlar: (Sənə) itaət edirik!” deyir, lakin sənin yanından çıxıb getdikləri zaman onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində olanları (əməl dəftərlərinə) yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın (sənə) vəkil olması kifayət edər!
Elmir Quliyev :
Они говорят: "Мы покорны". Когда же они покидают тебя, некоторые из них по ночам замышляют не то, что ты говорил. Аллах записывает то, что они замышляют по ночам. Отвернись же от них и уповай на Аллаха. Довольно того, что Аллах является Попечителем и Хранителем!
Ələddin Sultanov:
(Ey Rəsulum! Sənə:) “Baş üstə!” - deyirlər. Sənin yanından çıxıb getdikləri zaman isə onların bir qismi, sənin dediyindən başqa bir şeyi gizlicə planlaşdırır. Allah onların gizlicə planladıqlarını yazır. Elə isə, onlardan üz çevir Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər. (Münafiqlər iman gətirmədikləri halda Həzrət Peyğəmbərin (s.ə.s.) hüzurunda ikən, o deyərsə, onu qəbul edib özlərini itaət edirmiş kimi göstərirdilər. Onun hüzurundan çıxdıqdan sonra isə gecələri gizli-gizli planlar qururdular. Yuxarıdakı ayədə bu hadisələrə işarə edilir.)
Kerbelayi Malik ağa:
‘Qəbuldur (baş üstünə)’ deyərlər. Sonra sənin yanından ayrıldıqları zaman onlardan bir qrup sənin söylədiyindən başqa bir şeyi gecələr gizlincə plan qurarlar Allah onların gecələr nələr qurduqlarını yazır. Artıq sən onlardan üz çevir Allaha təvəkkül et (güvən) Allah vəkil olaraq kifayət edər.
Ələsgər Musayev:
Onlar deyirlər: «Itaət edirik!» onda ki, sənin yanından getdilər, onlardan bir dəstə, gecə sənin dediklərinin əksini fikirləşirlər. Allah yazır onların gecə fikirləşdiklərini. Onlardan üz dondər Allaha təvəkkül et! Kifayətdir Allah ilə Vəkillik!
A.Mehdiyev və D.Cəfərli:
Onlar (sənin yanında) «itaət edənlərik» deyirlər. Sənin yanından çıxanda(n sonra isə) onların bir dəstəsi öz gecə yığıncaqlarında, başlarında sənin dediyindən başqasını özlərinin sənin yanında dediklərindən başqa şey dolandırırlar. Allah onların gecələr başlarında dolandırdıqlarını yazır. Odur ki, onlardan üz döndər Allaha təvəkkül et. Allahın işləri öhdəsinə götürməsi kifayətdir.
Kövsər Tağıyev:
Sənə “baş üstə” deyərlər. Lakin sənin yanından çıxdıqları zaman aralarından bir qismi gecə vaxtı (sənin gündüz) dediklərinin əksini düzüb-qoşarlar. Allah onların gecə vaxtı düzüb-qoşduqlarını yazır. Sən onlara baş qoşma. Allaha təvəkkül et. Vəkil olaraq Allah yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar: "İtaət edirik!" - deyirlər. Sənin yanından çıxandan sonra isə onların bir dəstəsi xəlvətdə sənin dediklərinin əksini edirlər. Allah onların xəlvətdə etdikləri şeyləri yazır. Onlardan üz çevir Allaha təvəkkül et! Allah bir vəkil olaraq kifayətdir.
Sabirə Dünyamalıyeva:
onlar sənə, "Baş üstə!" deyirlər. Lakin sənin yanından çıxdıqda, aralarından bəziləri, gecə, sənin dediyindən qeyri şeyləri [başlarında] dolandırırlar. Amma Allah onların gecələr [başlarında] dolandırdıqlarını yazır. Artıq sən, onlardan uzaqlaş. Allaha işin nəticəsini tapşır. "Bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən" olaraq Allah bəs edər.