Əlixan Musayev:
O sizə Öz möcüzələrini göstərir. Allahın hansı dəlillərini inkar edə bilərsiniz?
Bünyadov-Məmmədəliyev:
O isə Öz ayələrini (qüdrət nişanələrini) göstərir. Allahın ayələrinin hansını inkar edə bilərsiniz?!
Elmir Quliyev
:
Он показывает вам Свои знамения. Какие же знамения Аллаха вы отрицаете?
Ələddin Sultanov:
Allah Öz ayələrini (varlığının dəlillərini) sizə göstərir. Elə isə Allahın ayələrindən hansını inkar edə bilərsiniz?!
Kerbelayi Malik ağa:
Allah sizə ayələrini göstərir. Elə isə Allahın hansı ayələrini inkar edirsiniz?
Ələsgər Musayev:
O göstərir sizə Öz
ayətlərini. Bəs Allahın ayətlərindən hansını inkar edən
olacaqsınız?
A.Mehdiyev və D.Cəfərli:
(Allah) həmişə (dünyanın müxtəlif yerlərində və sizin özünüzdə) Öz (tovhid və əzəmət) nişanələrini sizə göstərir. Belə isə Allahın ayələrinin hansı birini inkar edirsiniz?!
Kövsər Tağıyev:
Allah sizə ayələrini göstərir. Allahın hansı ayələrini inkar edirsiniz?
M.Qənioğlu və T.Bilaloğlu:
O sizə Öz ayələrini göstərir. Bəs onda siz Allahın hansı ayələrini inkar edə bilərsiniz?
Sabirə Dünyamalıyeva:
Və Allah sizə işarətlərini/nişanələrini göstərir. Yaxşı, indi Allahın işarətlərinin/nişanələrinin hansını tanınmaz hala salarsınız?