Əraf Surəsi 81. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Siz, qadınları qoyub şəh-vətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”.
Bünyadov-Məmmədəliyev:
Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”
Elmir Quliyev :
В похотливом вожделении вы приходите к мужчинам вместо женщин. Воистину, вы являетесь народом излишествующим".
Ələddin Sultanov:
Çünki siz qadınları qoyub kişilərə şəhvətlə yaxınlaşırsınız. Siz həqiqətən, həddi aşmış bir qövmsünüz!”
Kerbelayi Malik ağa:
Həqiqətən siz qadınları qoyub kişilərin yanına gedirsiniz. Xeyr, siz müsrif (həddi aşan) bir qövmsünüz.
Ələsgər Musayev:
Həqiqətən, siz qadınlardan başqa, şəhvətlə kişilərin üstünə gəlirsiniz. Bəli, siz israf edən qoumsuz!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, siz arvadları qoyub şəhvətlə kişilərlə əlaqədə olursunuz. (Təkcə bu işdə deyil,) bəlkə siz (hər bir işdə fitri) həddi aşan bir dəstəsiniz».
Kövsər Tağıyev:
“Həqiqətən, siz qadınları qoyub şəhvətlə kişilərə yaxınlaşırsınız. Xeyr, siz həddi aşan bir topluluqsunuz”,
M.Qənioğlu və T.Bilaloğlu:
Siz şəhvət düşkünlüyündən qadınların deyil, kişilərin üstünə gəlirsiniz. Bəli, həddini aşmış adamlarsınız!"
Sabirə Dünyamalıyeva:
Həqiqətən şübhəsiz siz, cinsi baxımdan qadınlardan aşağı olan kişilərin üstünə şəhvətlə gedirsiniz. Əslində siz, həddi aşan bir qövmsünüz."