Əlixan Musayev:
Əgər üz çevirsələr, (bil ki,) sənin vəzifən ancaq aşkar təbliğat aparmaqdır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Əgər bütün bunlardan sonra müşriklər) yenə də (səndən) üz döndərsələr (ürəyini qısma)! Çünki sənin vəzifən ancaq (Mənim dinimi, hökmlərimi) açıq-aşkar təbliğ etməkdir!
Elmir Quliyev
:
Если же они отвернутся, то ведь на тебя возложена только ясная передача откровения.
Ələddin Sultanov:
Əgər onlar (haqdan) üz döndərsələr, bil ki, sənin vəzifən yalnız açıq-aşkar təbliğdir.
Kerbelayi Malik ağa:
Artıq üz çevirsələr, bundan sonra sənin üzərinə düşən yalnız açıq-aşkar təbliğdir.
Ələsgər Musayev:
Əgər üz döndərdilər, həqiqətən, sənin vəzifən aşkar təbliğdir.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, əgər (sənin dəvətindən) üz döndərsələr (eybi yoxdur), həqiqətən sənin öhdənə düşən (onlara məcbur qəbul etdirmək və ya dünya və axirət cəzası vermək deyil) yalnız (tapşırığı) aşkar surətdə çatdırmaqdır.
Kövsər Tağıyev:
Ey Muhamməd! Əgər üz döndərsələr, daha sənin öhdənə düşən sadəcə açıq-aşkar bir təbliğdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar üz çevirsələr, (bil ki,) sənin üzərinə ancaq aydın bəyan etmək düşür.
Sabirə Dünyamalıyeva:
Buna baxmayaraq, əgər üz döndərsələr, artıq sənə düşən yalnız açıq-aşkar bir təbliğdir.