Əlixan Musayev:
Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır.
Bünyadov-Məmmədəliyev:
Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.
Elmir Quliyev
:
Мы ниспосылаем в Коране то, что является исцелением и милостью для верующих, а беззаконникам он не прибавляет ничего, кроме убытка.
Ələddin Sultanov:
Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan, zalımların isə yalnız ziyanını artıran ayələr nazil edirik.
Kerbelayi Malik ağa:
Qurandan endirdiyimiz şeylər möminlər üçün şəfadır və rəhmətdir. Zalımların yalnız hüsranını artırar.
Ələsgər Musayev:
Nazil edirik Qur’andan nə ki, o şəfadır və rəhmətdir
inananlar üçün. Zalimlərə xəsarətdən başqa bir şey artırmaz.
A.Mehdiyev və D.Cəfərli:
Biz, Qur’andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır.
Kövsər Tağıyev:
Biz Qur`andan möminlər üçün şəfa və rəhmət olacaq şeylər endiririk. Zalımların isə Qur`an sadəcə zərərini artırır.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Qurandan möminlər üçün bir şəfa və mərhəmət olanları [ayələri] nazil edirik. Bunlar isə haqsızlıq edənlərin ancaq ziyanını daha da artırır.
Sabirə Dünyamalıyeva:
Və Biz Qurandan, möminlər üçün şəfa və rəhmət olan şeyləri nazil edirik. Və bu, ancaq şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərin ziyanını artırır.