Əlixan Musayev:
Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan sayca daha çox, daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Müvəffəq olduqları onlara bir fayda vermədi.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar (sayca) bunlardan daha çox, daha qüvvətli, yer üzündə daha çox iz qoymuş kimsələr idi. Qazandıqları (dünya malı) onlara bir fayda vermədi (Allahın əzabını onlardan dəf edə bilmədi).
Elmir Quliyev
:
Разве они не странствовали по земле и не видели, каким был конец их предшественников? Они превосходили их числом и силой и оставили больше следов на земле, но не спасло их то, что они приобретали.
Ələddin Sultanov:
Onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Onlar bunlardan sayca daha çox, daha qüvvətli və yer üzündə daha çox iz qoyub getmiş kimsələr idi. Ancaq onların qazandıqları özlərinə heç bir fayda vermədi.
Kerbelayi Malik ağa:
Onlar yer üzündə gəzmədilərmi ki? Onlardan əvvəlkilərin aqibətləri necə oldu, baxıb görsünlər. Onların çoxu qüvvət və əsərlər baxımından yer üzündə özlərindən daha üstün idilər. Lakin qazanmış olduqları şeylər onlara fayda vermədi.
Ələsgər Musayev:
Ə, onlar seyr edib ərzdə nəzər salıb
görmədilərmi, necə oldu aqibəti o kəslərin ki, onlardan qabaq
var idilər? Onlardan sayca çox idilər və ərzdə şiddətli
qüvvətləri və əsərləri vardı. Qəni etmədi onlardan nə ki,
olmuşdular kəsblilər!
A.Mehdiyev və D.Cəfərli:
Məgər onlar yer üzündə gəzmədilərmi, özlərindən qabaqkıların aqibətinin necə olmasını görsünlər? Onlar bunlardan daha çox, daha güclü və yer üzündə (saray, bina, çay, səd və bağlar kimi) daha çox mövcudluq nişanələrinə malik idilər. Lakin əldə etdikləri (Allahın əzabını) onlardan dəf etmədi.
Kövsər Tağıyev:
Onlar yer üzündə gəzib özlərindən əvvəl gələnlərin aqibətlərinin necə olduğuna baxmadılarmı? Onlar özlərindən daha çox, daha güclü və yer üzündəki əsərləri daha üstün idi. Ancaq qazandıqları onlara fayda vermədi.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər yer üzündə gəzib dolaşaraq onlardan əvvəlkilərin aqibətinin necə olduğnu görmədilər? Onlar ki bunlardan daha güclü və onların yer üzündəki izləri daha möhtəşəm idi. Onlann qazandıqlarının özlərinə heç bir faydası olmadı.
Sabirə Dünyamalıyeva:
Hələ yer üzündə gəzib, özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna bir baxmırlarmı? Onlar özlərindən həm daha çox, həm də qüvvə, yer üzündəki əsərlərinin möhkəmliyi baxımından daha üstün idilər. Belə olduğu halda, o qazandıqları şeylər, onlara fayda vermədi.