Əlixan Musayev:
Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi müqəddəsdir və onların Ona aid etdikləri sifətlərdən uzaqdır!”
Bünyadov-Məmmədəliyev:
Göylərin və yerin Rəbbi, ərşin Rəbbi (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!”
Elmir Quliyev
:
Пречист Господь небес и земли, Господь Трона, и далек от того, что они приписывают.
Ələddin Sultanov:
Həm göylərin və yerin, həm də ərşin Rəbbi olan Allah onların aid etdikləri sifətlərdən uzaqdır, pakdır!”
Kerbelayi Malik ağa:
Göylərin və yerin Rəbbi, ərşin Rəbbi onların aid etdiyi sifətlərdən uzaqdır.
Ələsgər Musayev:
Sübhandır səmaların və ərzin Rəbbi – ərşin
Rəbbi, nədən ki, vəsf edirlər!
A.Mehdiyev və D.Cəfərli:
Göylərin və yerin Rəbbi, ərşin Rəbbi onların vəsf etdiklərindən (övladı olmaq, mələklərin Onun qızı olması, cism olması, üç hissəyə bölünmək və bu kimi sifətlərdən) pakdır!
Kövsər Tağıyev:
Göylərin və yerin Rəbbi, Ərşin də Rəbbi olan Allah onların isnad etdikləri vəfslərdən uzaqdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərin və yerin Rəbbinə, ərşin Rəbbinə təriflər olsun, O, onların ona verdikləri sifətlərdən yüksəkdədir!
Sabirə Dünyamalıyeva:
Göylərin və yerin Rəbbi, ən böyük taxtın Rəbbi onların vəsf etdikləri şeylərdən pakdır.