Ənam Surəsi 82. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər məhz onlardır.
Bünyadov-Məmmədəliyev:
İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər onlardır!
Elmir Quliyev :
Те, которые уверовали и не облекли свою веру в несправедливость, пребывают в безопасности и следуют прямым путем.
Ələddin Sultanov:
İman gətirib imanlarına heç bir zülm (şirk) qatmayanlar üçün əminlik vardır onlar haqq yoldadırlar.
Kerbelayi Malik ağa:
Amənu olan kəslər imanlarını zülmlə qarışdırmayanlar, məhz onlar (qorxudan) əmindirlər. Onlar hidayətə ərənlərdir.
Ələsgər Musayev:
O kəslər ki, inandılar imanlarını zülmlə qarışdırmadılar həmin onlar üçündür əminlik onlar hidayət olunmuşlardır!
A.Mehdiyev və D.Cəfərli:
İman gətirib imanlarını zülmə qarışdırmayanlar (yaradılışın başlanğıcına olan etiqadı dualizm ya üç üqnuma əqidəsi, yaxud çoxallahlılıqla, yaxud da qəlbi etiqadları əməli itaətsizliklə qarışdırmayanlar) üçün əmin-amanlıq vardır onlar hidayət olunmuşlardır.
Kövsər Tağıyev:
İman edib imanlarına zülmü (şirki) qarışdırmayanlar ki var, əmin olmaq məhz onların haqqıdır. Doğru yolu tapanlar da onlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirənlər imanlarını haqsızlıqla qarışdırmayanlar onlar üçün əmin-amanlıq vardır onlar düz yoldadırlar.
Sabirə Dünyamalıyeva:
O iman edənlər imanlarına səhv; öz zərərlərinə olan qarışdırmayanlar/şərik qoşmaq işini qarışdırmayanlar, bax onlar, əmin-amanlıqda olanlardır. Yönləndirildikləri doğru yolu tapanlar da onlardır.