Əraf Surəsi 82. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı.
Bünyadov-Məmmədəliyev:
(Lut) tayfasının (bu sözə) cavabı (istehza ilə): “Onları (Lutu ona tabe olanları) məmləkətinizdən çıxarın, çünki onlar (həddindən ziyadə) təmiz (bu cür işlərlə məşğul olmayan) adamlardır!” deməkdən başqa bir şey olmamışdı.
Elmir Quliyev :
В ответ его народ лишь сказал: "Прогоните их из вашего селения. Воистину, эти люди хотят очиститься".
Ələddin Sultanov:
Qövmünün cavabı isə ancaq belə demək oldu: “Onları (Lutu ona inananları) məmləkətinizdən çıxarın! Çünki onlar çox-çox təmiz adamlarmış!”
Kerbelayi Malik ağa:
Qövmünün cavabı: ‘Onları ölkəmizdən çıxarın, çünki onlar çox təmiz insanlardır.’ deməkdən başqa (bir şey) olmadı.
Ələsgər Musayev:
Olmadı onun qoumunun cavabı, ancaq ki, dedilər: «Xaric edin onları kəndinizdən. Həqiqətən, onlar paklığa can atan insanlardır!»
A.Mehdiyev və D.Cəfərli:
Onun qövmünün cavabı yalnız bu oldu ki, (bir-birlərinə) dedilər: «Bunları öz şəhərinizdən cəmiyyətinizdən çıxarın (həmçinin Lut onun tərəfdarlarına məsxərə edərək dedilər:) bunlar paklıq axtaran insanlardır!»
Kövsər Tağıyev:
Qövmünün cavabı isə ancaq: “Çıxarın bunları məmləkətinizdən! Guya, onlar özlərini çox təmiz saxlayan insanlardır!” deməkdən ibarət oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun camaatının cavabı yalnız "Onları yurdunuzdan qovub çıxarın. Axı onlar paklığa can atan adamlardır!" - demələri oldu.
Sabirə Dünyamalıyeva:
qövmünün cavabı yalnız, "Onları şəhərinizdən çıxarın, çünkü onlar, həddən ziyadə təmizlənən insanlar imiş!" demək oldu.