Yunus Surəsi 83. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Firon onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim həddi aşanlardan idi.
Bünyadov-Məmmədəliyev:
Fironun əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən (və ya Firon camaatından) yalnız kiçik bir dəstə (nəsil) iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, (küfr azğınlıq etməkdə) həddi aşmışdı.
Elmir Quliyev :
Из-за страха перед тем, что Фараон и его знать будут преследовать их, Мусе (Моисею) поверили лишь немногие потомки из его народа. Воистину, Фараон был деспотичным тираном на земле. Воистину, он был одним из тех, кто излишествует.
Ələddin Sultanov:
Firon qövmünün işgəncə verməsindən qorxduqları üçün öz qövmündən Musaya yalnız bir dəstə iman gətirdi. Çünki Firon həqiqətən, o yerin hökmdarı həddi aşanlardan idi.
Kerbelayi Malik ağa:
Bundan sonra, Fironun onun əyanlarının onları bəlaya uğratması qorxusuyla Musaya (ə.s) qövmündən nəslindən (gənclərindən) başqası iman etmədi. Şübhəsiz ki, Firon yer üzündə üstün idi (çox kibirli, qəddar hakim idi). Həqiqətən o, müsriflərdən idi (həddi aşan azğınlardan idi).
Ələsgər Musayev:
Firaun onun böyüklərinin qorxusundan Musaya iman gətirdi qoumundan ancaq bir dəstə. Həqiqətən, Firaun ərzdə ucalıq axtarırdı həqiqətən, o, israfkarlardan idi.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Musaya onun qövmünün Firon qövmlərinin böyüklərinin onlara əzab verməsindən qorxan övladlarından (onun qövmünün zəif vəziyyətdə saxlanılan təbəqəsindən) başqa heç kəs iman gətirmədi. əlbəttə, (Firon özünü) yer üzündə olduqca uca tutardı (təkəbbür göstərərdi) həddi aşanlardan idi (onun təkəbbürdə həddini aşmasının nümunəsi allahlıq iddiası etməsi, qətldə həddini aşmasının nümunəsi uşaqları öldürməsi zülmdə həddini aşmasının nümunəsi insanlara müxtəlif işgəncələr verməsi idi).
Kövsər Tağıyev:
“Allah (özünə) övlad götürdü”, dedilər. O, bundan uzaqdır. O, hər baxımdan hədsiz zəngindir. Göylərdəki yerdəki hər şey Onundur. Bu barədə əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz bir şey deyirsiniz?
M.Qənioğlu və T.Bilaloğlu:
Fironun onun adamlarının zülm edəcəklərindən qorxaraq Musaya onun camaatından yalnız kiçik bir dəstə inandı. Axı Firon yer üzündə bir müstəbiddir o, həddini aşandır.
Sabirə Dünyamalıyeva:
Sonra Firon adamları tərəfindən atəşə atılmaq qorxusundan, Musaya öz qövmündən bir nəsildən başqa heç kəs iman etmədi. şübhəsiz ki, Firon yer üzündə çox üstün idi o, həqiqətən həddi aşanlardan idi.