Əlixan Musayev:
(Yaqub) dedi: “Xeyr, sizin nəfsiniz sizi (bu )işə sövq etdi. (Mənə isə) yaxşı səbr (gərəkdir). Ola bilsin ki, Allah onların hamısını mənə qaytarsın. Həqiqətən də, O, Biləndir, Müdrikdir”.
Bünyadov-Məmmədəliyev:
(Qardaşlar Yəqubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Bir dəvə yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Bin Yamin heç vaxt oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir. Misir hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!”
Elmir Quliyev
:
Он сказал: "О нет! Это ваши души ввели вас в соблазн, и лучше проявить терпение. Возможно, Аллах возвратит мне всех вместе. Воистину, Он — Знающий, Мудрый".
Ələddin Sultanov:
(Yaqub) dedi: “Xeyr, öz nəfsiniz sizi belə bir işə sövq etdi. Ona görə də mənə düşən gözəl bir şəkildə səbir etməkdir. Ola bilsin ki, Allah onların hamısını mənə gətirər. Şübhəsiz ki, O, hər şeyi biləndir, hikmət sahibidir”.
Kerbelayi Malik ağa:
Yaqub (ə.s) belə dedi: ‘Xeyr, sizin nəfsiniz sizi bu işə sövq etdi.’ Artıq bundan sonrası gözəl bir səbirdir. Ola bilsin ki, Allah onların hamısını mənə gətirər. Şübhəsiz ki, O Alim və Hakim (hökm və hikmət sahibi) olandır.
Ələsgər Musayev:
Dedi: «Bəli, nəfsiniz bu əmri
sizə gözəl göstərdi və səbr etmək gözəldir. Ola bilsin ki, Allah
onları mənə versin cəmiyyən. Həqiqətən, O Alimdir,
Həkimdir!»
A.Mehdiyev və D.Cəfərli:
(Yəqub) dedi: «Əksinə, (siz də günahkarsınız,) nəfsiniz işi sizin üçün nahaq olaraq cilvələndirmişdir (ki, onlara bizim dinimizdə oğrunun kölə edilməsi xəbərini vermiş, beləliklə də Binyamini əsir etmisiniz). Odur ki, gözəl bir səbr etməm gərəkdir. Ümid var ki, Allah onların hamısını (Misirdə olan o iki nəfəri və Yusufu) mənə qaytarsın. Həqiqətən (hər şeyi) bilən və hikmət sahibi Odur»!
Kövsər Tağıyev:
Yaqub: “Nəfsləriniz sizi bir işə sövq etdi. Artıq mənə gözəl bir şəkildə səbir etmək qalır. Bəlkə Allah onların hamısını mənə gətirər. Çünki O, haqqı ilə biləndir, hökm və hikmət sahibidir”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O [ata] dedi: "Xeyr, nəfsiniz bu işi sizin üçün bəzəyibdir. (Mənə) yaxşı səbr lazımdır, bəlkə də Allah onların hamısını yanıma gətirdi. Axı O, hər şeyi biləndir və hikmət sahibidir!"
Sabirə Dünyamalıyeva:
Ataları dedi ki: "Əksinə, nəfsiniz sizi aldadıb bu işə vadar etmişdir. Artıq gözəl bir səbr! Ümid edirəm ki, Allah üçünü [Yusifi, kiçik qardaşını və böyük qardaşını] birdən mənə gətirər. Şübhəsiz ki, ən yaxşı bilən, haqsızlığa və fitnə-fəsada yol verməmək üçün qoyulan qayda-qanun və düsturları qoyan Allah Özüdür."