Əlixan Musayev:
(Allah buyurdu:) “Səni öz camaatından ayrılmağa tələsdirən nə idi, ey Musa?”
Bünyadov-Məmmədəliyev:
(Allah buyurdu: ) “Ya Musa! Səni öz camaatından (Tur dağına getdiyin yetmiş kişidən) ayırıb (bu məqama) tələsdirən nə idi?”
Elmir Quliyev
:
Аллах сказал: "О Муса (Моисей)! Зачем ты поспешил оставить свой народ?"
Ələddin Sultanov:
(Allah buyurdu:) “Ey Musa! Səni öz qövmündən ayrılmaq üçün tələsməyə vadar edən nədir?”
Kerbelayi Malik ağa:
Ey Musa! Səni qövmündən (ayırıb) tələsdirən nədir?
Ələsgər Musayev:
Ay Musa! Nə bais oldu ki,
tələsib qoumundan qabaq gəldin?»
A.Mehdiyev və D.Cəfərli:
(Musa qövmünün seçilmiş nümayəndələri ilə Tur dağına gələndə, mənzil başına onlardan tez çatdı. Ona belə xitab oldu ki:) Ey Musa, səni nə tələsdirdi ki, qövmündən qabaq gəldin?
Kövsər Tağıyev:
(Musa Tur dağına yetişdikdə:) “Səni tələm-tələsik qövmündən uzaqlaşmağa vadar edən nədir, ey Musa?” (– dedik.)
M.Qənioğlu və T.Bilaloğlu:
(Allah dedi): "Camaatından səni ayrılmağa tələsdirən nə oldu, ey Musa?"
Sabirə Dünyamalıyeva:
Səni öz qövmündən [ayırıb] daha tələsdirən şey nədir, ey Musa?