Qəsəs Surəsi 83. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. (Gözəl) aqibət müttəqilərindir.
Bünyadov-Məmmədəliyev:
Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!
Elmir Quliyev :
Ту Последнюю обитель Мы определили для тех, которые не желают превозноситься на земле и распространять нечестие. Добрый исход уготован только для богобоязненных.
Ələddin Sultanov:
Biz axirət yurdunu (cənnəti) yer üzündə təkəbbürlənmək fitnə-fəsad törətmək istəməyənlərə veririk. Gözəl aqibət təqva sahiblərinindir.
Kerbelayi Malik ağa:
Bu axirət yurdu ki, onu yer üzündə üstün olmaq fitnə-fəsad çıxarmaq istəməyənlərə nəsib edərik. Gözəl aqibət müttəqilərindir (təqva sahiblərinindir).
Ələsgər Musayev:
Budur axir?t evi. Etdik onu o k?sl?r ucun ki, ist?m?zl?r ?rzd? ucal?q v? f?sad. Aqib?t mutt?qil?r ucundur!
A.Mehdiyev və D.Cəfərli:
Biz bu yüksək uca axirət evini yer üzündə təkəbbürlük, (başqaları üzərində) hökmranlıq fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik. (Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur.
Kövsər Tağıyev:
Bu, axirət yurdudur. Biz onu yer üzündə böyüklənməyənlər fitnə-fəsad törətməyənlərə nəsib edirik. (Gözəl) aqibət Allaha qarşı gəlməkdən çəkinənlərindir.
M.Qənioğlu və T.Bilaloğlu:
Budur axirət evi. Biz onu yer üzündə təkəbbür etmək fəsad törətmək istəməyənlərə nəsib edirik. Xeyirli aqibət müttəqilərindir.
Sabirə Dünyamalıyeva:
Bax, axirət yurdu! Biz onu yer üzündə təkəbbür etməyənlər fitnə-fəsad törətməyənlər üçün hazırlayırıq. aqibət, Allahın mühafizəsi altına daxil olan kəslər üçündür.