Əlixan Musayev:
Onları burax, qoy vəd olunduqları günə qovuşanadək (batil işlərə) dalsınlar və (bir müddət) əylənsinlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Qoy onlar vəd olunduqları günə (qiyamət gününə) qovuşana qədər (bihudə işlərə) qurşanaraq (dünyada özləri üçün) oynayıb əylənsinlər!
Elmir Quliyev
:
Оставь же их погружаться в словоблудие и забавляться, пока они не встретят тот день их, который им обещан.
Ələddin Sultanov:
Ona görə də qoy onlar vəd olunduqları günə qovuşana qədər (batil işlərinə) dalıb əylənsinlər.
Kerbelayi Malik ağa:
Artıq onları burax! Vəd olunduqları günə qovuşana qədər boş şeylərə dalsınlar və oynasınlar.
Ələsgər Musayev:
Tərk et onları, oyun və
əyləncə altında yüklənsinlər, ta öz günləri ilə görüşənə qədər
– odur ki, onlara vəd verilib.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də onları boşla ki, onlara vəd edilən günlərini görənə kimi (küfr və itaətsizliklərində) batsınlar və başları (öz dünyaları ilə) oyuna qarışsın.
Kövsər Tağıyev:
Qoy onlar vəd olunduqları günə qovuşana qədər (batil inanclarına) qərq olsunlar və (dünya həyatlarında) oynayıb əylənsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy onlar vəd olunduqları günə qovuşana qədər (batil işlərini) davam etdirsinlər və oynayıb əylənsinlər.
Sabirə Dünyamalıyeva:
Sən dərhal burax onları, onlara söz verilən günə qovuşana qədər boşa işlərlə məşğul olsunlar və əylənsinlər.