Maidə Surəsi 83. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allahın) elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi şahidlərlə bir yerə yaz!
Bünyadov-Məmmədəliyev:
Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz!
Elmir Quliyev :
Когда они слышат то, что было ниспослано Посланнику, ты видишь, как их глаза переполняются слезами по причине истины, которую они узнают. Они говорят: "Господь наш! Мы уверовали. Запиши же нас в число свидетелей.
Ələddin Sultanov:
Peyğəmbərə nazil olanı eşitdikləri zaman bildikləri həqiqətə görə onların gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi (haqqa) şahid olanlarla birlikdə yaz!
Kerbelayi Malik ağa:
Rəsula nazil olanı (Quranı) eşitdikləri zaman Haqqdan olan şeylərə arif olmaları səbəbiylə onların gözlərinin yaşla dolub daşdığını görərsən. ‘Rəbbimiz, biz iman etdik (amənu olduq), artıq bizi şahidlərlə birlikdə yaz.’ deyərlər.
Ələsgər Musayev:
Onda ki, eşidirlər ki, rəsulun üzərinə nazildir, görərsən gözləri yaşla dolub. Ona görə ki, haqdan olana arif olublar. Deyirlər: «Rəbbimiz! Biz iman gətirdik bizləri şahidlərlə birlikdə yaz!
A.Mehdiyev və D.Cəfərli:
Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: «Ey Rəbbimiz, iman gətirdik, odur ki, bizi (daim Sənin hüzurunda) şahid olanlardan (və axirət aləminin şahidlərindən) et»!
Kövsər Tağıyev:
Peyğəmbərə endiriləni (Qur`anı) dinlədikləri zaman haqqı tanıdıqları üçün gözlərinin yaşla dolduğunu görərsən. “Ey Rəbbimiz! İnandıq. Artıq bizi (həqiqətə) şahidlik edənlər (Muhammədin ümməti) ilə bərabər yaz”, deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbərə nazil ediləni dinlədikcə, onların haqqı dərk etdiklərindən gözlərinin yaşardığını görürsən. Onlar deyərlər "Rəbbimiz! Biz iman gətirdik! Bizi şahidlərin sırasına yaz.
Sabirə Dünyamalıyeva:
onlar, Elçiyə nazil edilən Quran dinlədikləri zaman, onun haqq olduğunu öyrəndiklərinə görə gözlərinin yaşla dolduğunu görərsən. Onlar: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi şahidlərlə bir yerdə yaz!"