Əlixan Musayev:
Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu.
Bünyadov-Məmmədəliyev:
Biz onu (Lutu) və ailəsini (həmçinin ona iman gətirənləri) xilas etdik. Yalnız övrəti (Vailə öz küfrü səbəbilə) həlak oldu.
Elmir Quliyev
:
Мы спасли его и его семью, кроме жены, которая оказалась в числе оставшихся позади.
Ələddin Sultanov:
Zövcəsi istisna olmaqla, onu (Lutu) və ailəsini xilas etdik. Zövcəsi (əzab içində) qalanlardan oldu.
Kerbelayi Malik ağa:
Beləcə Biz onun zövcəsi (xanımı) istisna olmaqla, onu və ailəsini qurtardıq. O, geridə qalanlardan oldu.
Ələsgər Musayev:
Biz nicat verdik ona və əhlinə onun, ancaq arvadından başqa ki, qalanlardan oldu.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, onu və ailəsini xilas etdik, arvadı istisna olmaqla ki, o, (əzab əhli arasında) qalanlardan oldu.
Kövsər Tağıyev:
Belə olduqda biz də onu və övrəti istisna olmaqla ailə üzvlərini xilas etdik. Övrəti isə əzab içində qalanlardan oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu və arvadından başqa bütün ailəsini xilas etdik. (Arvadı) orada qalanlardan idi.
Sabirə Dünyamalıyeva:
Belə olduqda, Biz də onu və ailəsini xilas etdik, ancaq zövcəsini xilas etmədik; o, geridə qalanlardan; düşüncə baxımından günahkar cəmiyyətlə birgə olanlardan idi.