Yusif Surəsi 84. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Yaqub) onlardan üz döndərdi və: “Heyf Yusufdan!”– dedi. Kədərdən onun gözlərinə gəldi. O, (dərdini öz içində) saxlayırdı.
Bünyadov-Məmmədəliyev:
(Bu sözlərdən sonra Yəqub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin başına gələn bu onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: “(Heyf sənə) yazıq Yusif!” dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yəqubun) gözlərinə gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi).
Elmir Quliyev :
Он отвернулся от них и сказал: "Как жаль Йусуфа (Иосифа)!" И очи его побелели от печали, которую он сдерживал.
Ələddin Sultanov:
(Yaqub) onlardan üz çevirib: “Ah Yusifim!” - dedi. Kədərindən gözlərinə gəlmişdi. Çünki o, qəmini ürəyində saxlayırdı.
Kerbelayi Malik ağa:
Onlardan üz çevirdi və: ‘Yazıq Yusif (heyf Yusifə)’ dedi. Artıq O, kədərini içində saxladığı halda hüzndən gözlərinə gəldi.
Ələsgər Musayev:
Üz çevirdi onlardan dedi: «Təəssüf edirəm Yusifə!» Gözlərinin qarası hüzndən ağardı o, matəm tutdu.
A.Mehdiyev və D.Cəfərli:
onlardan üz döndərib dedi: «Heyif Yusufdan!» qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə gəldi onu daim qüssə boğurdu.
Kövsər Tağıyev:
Onlardan üz döndərdi və: “Heyf sənə Yusuf !” dedi kədərdən iki gözünə düşdü. O, artıq hüznünü içində saxlayırdı.
M.Qənioğlu və T.Bilaloğlu:
O, onlardan üz döndərərək: "Heyf Yusufdan!" - dedi. Kədərdən gözlərinə gəldi. İçərisi qəzəblə dolmuşdu.
Sabirə Dünyamalıyeva:
Yəqub onlardan üz döndərdi. "Vay Yusifə olan həsrətim, vay!" dedi. kədərdən iki gözü dümağ oldu [saralıb soldu, dərbədər oldu]. Artıq Yəqub, elə hey udqunan; dərdini içində saxlayan biri idi.