Hicr Surəsi 84. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qazandıqları (dünya malı) isə onlara heç bir fayda vermədi.
Bünyadov-Məmmədəliyev:
Gördükləri tədbirlər (möhkəm evlər, qalalar tikmək; var-dövlət yığmaq) onlara heç bir fayda vermədi (Allahın əzabını onlardan dəf edə bilmədi).
Elmir Quliyev :
и не помогло им то, что они приобретали.
Ələddin Sultanov:
Qazandıqları isə heç bir şeyi (əzabı) onlardan dəf edə bilmədi.
Kerbelayi Malik ağa:
Beləliklə qazandıqları şeylər onlara bir fayda vermədi.
Ələsgər Musayev:
Kəsb etmiş olduqları onları ehtiyacsız etmədi.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə (məskən, övlad var-dövlət kimi) kəsb etdikləri şey onlardan (Allahın əzabından heç nəyi) dəf etmədi.
Kövsər Tağıyev:
Qazandıqları özlərinə bir fayda vermədi.
M.Qənioğlu və T.Bilaloğlu:
Qazandıqları şeyləri onları xilas etmədi.
Sabirə Dünyamalıyeva:
Beləcə, qazandıqları şeylər, onlardan heç bir şeyi [bəlanı] dəf etmədi.