Kəhf Surəsi 84. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik hər şeyin yolunu ona öyrətdik.
Bünyadov-Məmmədəliyev:
Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik hər şey verdik (hər şeyin yolunu ona öyrətdik).
Elmir Quliyev :
Воистину, Мы наделили его властью на земле и одарили его всякими возможностями.
Ələddin Sultanov:
Həqiqətən, Biz onu yer üzündə iqtidar güc sahibi etdik, ona hər yerin yolunu öyrətdik.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz onu yer üzündə qüvvətləndirdik. Ona səbəb olan hər şeydən verdik.
Ələsgər Musayev:
Biz onu ərzdə möhkəmləndirib imkanat verdik külli şeylərdən ona yollar əta etdik
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz ona yer üzündə qüdrət verdik onun ixtiyarında (istədiyi) hər bir şeydən (elm, qüdrət imkanat kimi) səbəb vasitələr qoyduq.
Kövsər Tağıyev:
Biz onu yer üzündə qüdrət sahibi etdik ona hər şeydə (məqsədinə nail olacağı) bir yol verdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu yer üzündə möhkəmləndirdik. Ona hər şeyin yolunu göstərdik.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Biz iki çağın sahibinə yer üzündə qüdrət verdik ona hər şeydən bir səbəb verdik.