Əlixan Musayev:
O zaman Biz sizinlə: “Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– (deyə) əhd kəsdik. Sonra da siz (özünüz) şahidlik edərək (bu əhdi )təsdiqlədiniz.
Bünyadov-Məmmədəliyev:
Xatırlayın ki, yenə bir zaman sizinlə: “Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə razılığa gəldik. Sonra siz (həmin əhd-peymana) şahid olub (onu) təsdiq etdiniz.
Elmir Quliyev
:
Вот Мы заключили с вами завет о том, что вы не будете проливать вашей крови и изгонять друг друга из ваших жилищ. Потом вы признали это, свидетельствуя об этом.
Ələddin Sultanov:
Vaxtilə sizdən: “Bir-birinizin qanını tökməyin və bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə əhd almışdıq. Sonra şahidlik edərək (bu əhdi) təsdiqlədiniz.
Kerbelayi Malik ağa:
‘Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxartmayın.’ deyə sizdən misaq almışdıq. Siz də bunu (misaqınızı) qəbul etmişdiniz və sizlər (buna) şahidsiniz.
Ələsgər Musayev:
Və onda götürdük andınızı: «Tökməyəcəksiniz qanınızı və
xaric etməyəcəksiniz nəfsinizi diyarınızdan!» Sonra iqrar
etdiniz və siz şahidlərsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Və (yadınıza salın) o zaman(ı) ki, sizdən «bir-birinizin qanını tökməyin, bir-birinizi öz evlərinizdən çıxarmayın!» (deyə) əhd-peyman aldıq. Sonra (siz öz əhd-peymanınızı) etiraf etdiniz və ona şahidsiniz.
Kövsər Tağıyev:
Bir vaxt: “Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız”, – deyə də sizdən qəti söz almışdıq. Sonra bunu belə qəbul etmişdiniz. Özünüz də buna hələ də şahidlik edirsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir zaman Biz sizdən: "Bir-birinizin qanını tökməyəsiniz, bir-birinizi yurdunuzdan qovmayasınız." deyə əhd-peyman aldıq. Sonra siz də şahidlik edib təsdiqlədiniz.
Sabirə Dünyamalıyeva:
Və bir zaman Biz, sizdə möhkəm vəd almışdıq: "Qanınızı tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın.