Ənbiya Surəsi 84. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onun duasını qəbul etdik ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər əlavə etdik.
Bünyadov-Məmmədəliyev:
Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər əlavə etdik.
Elmir Quliyev :
Мы ответили на его мольбу, устранили постигшее его зло и даровали ему его семью и вдобавок еще столько же в качестве милости от Нас и в назидание тем, кто поклоняется.
Ələddin Sultanov:
Beləliklə, Biz onun duasını qəbul edib dərgahımızdan bir mərhəmət ibadət edənlər üçün bir xatirə olsun deyə onun başına gəlmiş bütün bəlaları sovuşdurduq, ailəsini geri verdik onlarla yanaşı bir o qədərini ona bəxş etdik.
Kerbelayi Malik ağa:
Bunun üzərinə onun duasını qəbul etdik. Beləcə bəlanı aradan qaldırdıq (xəstəliyi yaxşılaşdırdıq). Qullara bir zikr (öyüd) dərhgahımızdan bir rəhmət olsun deyə. Ona əhlini onlarla birlikdə bir mislini (bir o qədərini də) verdik.
Ələsgər Musayev:
Cavab verdik Biz ona şəfa etdik ona zərərdən əta etdik ona öz əhlini onların mislini onlarla birlikdə rəhmət olaraq zikr ibadət edənlər üçün.
A.Mehdiyev və D.Cəfərli:
Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik bəlanı ondan uzaqlaşdırdıq ona rəhm etmək (digər səbrli) abidlər üçün ibrət olsun deyə onun (hadisələr nəticəsində həlak olmuş) adamlarını onlarla birlikdə bənzərlərini ona əta etdik.
Kövsər Tağıyev:
Biz onun duasını qəbul edib dərdi varsa, sovuşdurmuşduq. Tərəfimizdən bir rəhmət abidlər üçün bir ibrət olaraq ona ailəsini onlarla birlikdə bir o qədərini vermişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ona haray verdik, onun bəlasını üzərindən götürdük Özümüzdən (ona) bir mərhəmət ibadət edənlər üçün bir ibrət olsun deyə, onun ( həlak olmuş) ailəsini (diriltdik) onlarla birgə bir o qədərini ona bəxş etdik.
Sabirə Dünyamalıyeva:
Biz ona cavab vermişdik. Sonra ondan zərərli olan şeyləri dəf etdik. dərgahımızdan bir mərhəmət ibadət edənlərə bir öyüd olsun deyə, ona ailəsini, yaxınlarını itirdikləriylə bir mislini [əlavə] verdik.