Əlixan Musayev:
De: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz on-ların heç birinin arasında fərq qoymuruq. Biz təkcə Ona təslim olanlarıq!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Söylə: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!”
Elmir Quliyev
:
Скажи: "Мы уверовали в Аллаха и в ниспосланное нам, в ниспосланное Ибрахиму (Аврааму), Исмаилу (Измаилу), Исхаку (Исааку), Йакубу (Иакову) и коленам (двенадцати сыновьям Йакуба) и в дарованное Мусе (Моисею), Исе (Иисусу) и пророкам от их Господа. Мы не делаем различий между ними, и Ему одному мы покоряемся".
Ələddin Sultanov:
De: “Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun oğullarına nazil edilənə iman gətirdik. Rəbbi tərəfindən Musaya, İsaya və (digər) peyğəmbərlərə verilənlərə də (iman gətirdik). Onların heç biri arasında fərq qoymur və Biz Ona (Allaha) təslim oluruq!”
Kerbelayi Malik ağa:
‘Allaha və bizə endirilənə və İbrahimə, İsmayıla, İshaqa, Yaquba və Yaqub oğullarına endirilənlərə, Musaya və İsaya və nəbilərə Rəbləri tərəfindən verilənlərə iman etdik. Biz onların heç birinin arasında fərq qoymuruq. Biz Ona (Allaha) təslim olanlarıq.’ de.
Ələsgər Musayev:
De: «Biz inandıq Allah ilə və nə ki, nazildir üzərimizə
və nə ki, nazildir üzərinə Ibrahimin və Ismailin və Ishaqın
və Yəqubun və davamçılarının və nə ki, əta olunub Musaya
və Isaya və nəbilərə Rəblərindən onların. Fərq qoymuruq
arasında onlardan birinə və biz Onun üçün təslim oluruq!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Biz Allaha, biz? nazil olana, h?mcinin Ibrahim?, Ismail?, Ishaqa, Y?quba v? ?sbata (Y?qubun n?slind?n olan peyg?mb?rl?r?) nazil olana, el?c? d? Musaya, Isaya v? (dig?r) peyg?mb?rl?r?, onlar?n R?bbi t?r?find?n veril?n? iman g?tirdik (v? onlar?n peyg?mb?rlikl?rin? v? bir Allah t?r?find?n gond?rilm?l?rin? etiqad bax?m?ndan) onlar?n hec birisinin aras?nda f?rq qoymuruq v? biz yaln?z Ona t?slimik».
Kövsər Tağıyev:
De ki: “Allaha, bizə endirilənə (Qur`ana), İbrahimə, İsmailə, İshaqa, Yaquba və Yaqub oğullarına endirilənə, Musaya, İsaya və peyğəmbərlərə Rəblərindən verilənə inandıq. Onlardan heç birini digərindən fərqləndirmərik. Biz Ona təslim olanlarıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Biz Allaha iman gətirdik, bizə nazil olana da, İbrahimə, İsmailə, İshaqa, Yaquba və əsbata nazil edilənlərə də, Musaya, İsaya və (bütün) peyğəmbərlərə özlərinin Rəbbindən bəxş edilənlərə də inandıq. Biz onların heç biri arasında fərq qoymuruq. Biz Ona təslim oluruq."
Sabirə Dünyamalıyeva:
De ki: "Biz Allaha, bizə nazil edilən Qurana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və nəvələrinə nazil edilənə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə inandıq. Onlardan heç biri arasında fərq qoymuruq. Və biz, yalnız Onun üçün islamlaşanlarıq."