Əlixan Musayev:
Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də (döyüşə) təşviq et! Ola bilsin ki, Allah kafirlərin qüvvəsinin qarşısını alsın. Alla-hın qüvvəsi daha çox, cəzası daha şiddətlidir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, lakin möminləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış (sizi kafirlərin qəzəbindən saxlamış) olsun. Allahın qəzəbi (qəhri) də, əzabı da çox şiddətlidir!
Elmir Quliyev
:
Сражайся на пути Аллаха, ведь ты несешь ответственность только за себя самого, и побуждай верующих. Быть может, Аллах удержит мощь неверующих. Аллах могущественнее всех и суровее в наказании.
Ələddin Sultanov:
Ona görə də Allah yolunda vuruş! Sən özündən başqasına görə məsul deyilsən. Möminləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırar. Allahın gücü daha çox, cəzası da daha şiddətlidir.
Kerbelayi Malik ağa:
Elə isə Allahın yolunda cihad et. Sən öz nəfsindən başqası ilə mükəlləf tutulmazsan (öz nəfsinə cavabdehsən). Möminləri təşviq et. Ola bilsin ki, Allah o kafirlərin qüvvəsinin və (sizin üzərinizə) hücumunun qarşısını alar. Allah daha güclü və cəzası daha şiddətlidir.
Ələsgər Musayev:
Vuruş Allah
yolunda! Sən öz nəfsinə cavabdehsən. Və həris et inananları!
Ola bilsin ki, Allah saxlaya basqısını o kəslərin ki, möminləri!
Ola bilsin Allah kafirlərin basqısını saxlasın. Allah şiddətlidir
basqıda və şiddətlidir cəzada!
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, Allah yolunda vuruş. Sən yalnız özün (öz vəzifən) üçün məsuliyyət daşıyırsan. Möminləri də (cihada) həvəsləndir. Ümid var ki, Allah kafirlərin bəla və zərərin(dən siz)i saxlasın. Allah daha artıq bəla və daha ağır cəza verəndir.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Artıq Allah yolunda savaş! Sən ancaq özünə cavabdehsən! Möminləri də savaşa təşviq et. Güman ki, Allah inkar edənlərin gücünü qırar. Allahın gücü daha üstündür, cəzası daha şiddətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminiəri də (döyüşə) təşviq et! Bəlkə Allar kafirlərin (sizə olan) qəzəbinin qarşısını ala. Allahın qəzəbi də, əzab verməsi də daha şiddətlidir.
Sabirə Dünyamalıyeva:
Artıq Allah yolunda döyüş! Sən ancaq özünə cavabdehsən. Möminləri də təşviq et. Ola bilsin ki, Allah kafirlərin [Özünün məbud və rəbb olduğunu bilərək inkar edənlərin] təzyiqini qırsın. Və Allah, təzyiq etmək cəhətdən daha şiddətlidir, çəkindirmək baxımından da daha şiddətlidir.