Zuxruf Surəsi 84. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göydə məbud, yerdə məbud (yalnız) Odur. O, Müdrikdir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Göydə tanrı, yerdə tanrı Odur. O, hikmət sahibidir, (hər şeyi) biləndir!
Elmir Quliyev :
Он Тот, Кто является Богом на небесах и на земле. Он Мудрый, Знающий.
Ələddin Sultanov:
Göydə də, yerdə ilah Odur. O, hikmət sahibidir, hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
O, göydə İlahdır yerdə İlahdır. O, Hakimdir, Alimdir.
Ələsgər Musayev:
O Odur ki, səmada Ilahidir ərzdə Ilahidir. O Həkimdir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Göylərdə də, yerdə məbud Odur. Odur möhkəm yaradılış idarə sahibi (hər şeyi) bilən.
Kövsər Tağıyev:
O, göydə ilah olandır, yerdə ilah olandır. O, hökm hikmət sahibidir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Göydəki tanrı Odur, yerdə tanrı Odur. O, hökm hikmət sahibidir, hər şeyi biləndir.
Sabirə Dünyamalıyeva:
O, göydəki məbud olandır yer üzündə məbud olandır. O, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir, çox yaxşı biləndir.