Əlixan Musayev:
Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə (Cənnətə) daxil edəcəyinə ümid edirik”.
Bünyadov-Məmmədəliyev:
Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə (Cənnətə) daxil etməsini umduğumuz halda, biz nə üçün Allaha və bizə haqdan gələnə inanmayaq?!
Elmir Quliyev
:
Отчего нам не веровать в Аллаха и ту истину, которая явилась к нам? Мы желаем, чтобы наш Господь ввел нас в Рай вместе с праведными людьми".
Ələddin Sultanov:
Rəbbimizin bizi əməlisaleh insanlarla birlikdə (cənnətə) daxil etməsini umarkən, nə üçün Allaha və bizə gələn həqiqətə iman gətirməyək?!”
Kerbelayi Malik ağa:
Rəbbimizin bizi salehlər qövmü ilə bərabər (cənnətə) daxil etməsini istəyərkən, nə üçün biz Allaha və Haqqdan bizə gələnə (Qurana və Rəsula) iman etməyək?’
Ələsgər Musayev:
Nə üçün biz inanmayaq Allah ilə və haqdan
bizə gələn ilə? Təmənnamız var ki, Rəbbimiz daxil etsin bizi
saleh qoumla birlikdə?»
A.Mehdiyev və D.Cəfərli:
«Rəbbimizin bizi salehlərin dəstəsinə daxil və onlarla birgə etməsinə göz tikdiyimiz halda bizə nə olub ki, Allaha və haqdan bizə gələnə iman gətirməyək?»
Kövsər Tağıyev:
“Rəbbimizin bizi salehlər topluluğu ilə birlikdə (cənnətə) qoymasını umarkən, Allaha və bizə gələn həqiqətə nə üçün inanmayaq?”
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbimizin əməlisaleh adamlarla bizi bir yerə salmasını umduğumuz halda nə üçün biz Allaha və haqdan bizə gələnə inanmayaq?“
Sabirə Dünyamalıyeva:
Və "Biz, Rəbbimizin bizi salehlər tayfası ilə birgə daxil etməsini umduğumuz halda, Allaha və haqdan bizə gələn şeylərə nə üçün inanmayaq!" deyərlər.