Əlixan Musayev:
Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Mu-sanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Bünyadov-Məmmədəliyev:
Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq.
Elmir Quliyev
:
Мы даровали ему Исхака (Исаака) и Йакуба (Иакова). Мы повели их обоих прямым путем. Еще раньше Мы повели прямым путем Нуха (Ноя), а из его потомства — Давуда (Давида), Сулеймана (Соломона), Айюба (Иова), Йусуфа (Иосифа), Мусу (Моисея) и Харуна (Аарона). Таким образом Мы воздаем творящим добро.
Ələddin Sultanov:
Biz ona İshaqı və (İshaqın oğlu) Yaqubu bəxş etdik. Onların hər birini doğru yola yönəltdik. Daha əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da doğru yola yönəltmişdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Kerbelayi Malik ağa:
Ona İshaq (ə.s) və Yaqubu (ə.s) bəxş etdik. Hamısını hidayətə ərdirdik. Daha əvvəl Nuhu (ə.s) hidayətə ərdirdik və onun nəslindən Davud (ə.s), Süleyman (ə.s), Eyyub (ə.s), Yusif (ə.s), Musa (ə.s) və Harunu (ə.s) də hidayətə ərdirdik. Beləcə muhsinləri mükafatlandırarıq.
Ələsgər Musayev:
Bəxş etdik Ishaqı və Yəqubu ona və küllisini hidayət etdik. Nuhu isə bundan qabaq hidayət etmişdik. Onun zürriyyətindən Davudu və Süleymanı və Əyyubu və Yusifi və Musanı və Harunu. Biz yaxşı əməl sahiblərinə belə mükafat veririk!
A.Mehdiyev və D.Cəfərli:
Və ona İshaqı və (nəvəsi) Yəqubu əta etdik. (Onların) hər birini (dinin əsasları və maarifinə) hidayət etdik. Nuhu da onlardan öncə hidayət etdik və onun övladlarından Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı, Harunu (hidayət etdik). Biz yaxşıları və yaxşılıq edənləri bu cür mükafatlandırırıq.
Kövsər Tağıyev:
Biz ona İshaqı və Yaqubu ərməğan etdik. Hamısını hidayətə çatdırdıq. Daha əvvəl Nuhu da hidayətə çatdırmışdıq. Zürriyyətindən Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Yaxşılıq edənləri belə mükafatlandırırıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ona İshaqı və Yaqubu bəxş etdik; hər birini düz yolla apardıq. Daha əvvəl isə Nuhu düz yolla apardıq və onun nəslindən Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da. Xeyirli iş tutanları Biz beləcə mükafatlandırırıq.
Sabirə Dünyamalıyeva:
Və Biz ona İshaqı və Yəqubu da bəxş etdik. Hamısına doğru yolu göstərdik. Daha əvvəl də Nuha və onun nəslindən olan Davuda, Süleymana, Əyyuba, Yusifə, Musaya və Haruna da doğru yolu göstərmişdik. Və Biz gözəl-yaxşı işlər görənlərə belə cavab verərik.