Əlixan Musayev:
Onlar dedi: “Allaha and olsun ki, Yusufu sən tez-tez yada salmaqla axırda əldən düşəcək, ya da öləcəksən”.
Bünyadov-Məmmədəliyev:
(Oğlanları Yəquba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”
Elmir Quliyev
:
Они сказали: "Клянемся Аллахом, ты не перестанешь поминать Йусуфа (Иосифа), пока не ослабеешь или не умрешь".
Ələddin Sultanov:
(Oğulları:) “Allaha and olsun ki, hələ də Yusifi xatırlayırsan. Axırda ya xəstə düşəcək, ya da öləcəksən”, - dedilər.
Kerbelayi Malik ağa:
(Oğulları) belə dedilər: ‘Allaha and olsun ki, xəstə olana və ya həlak olana qədər Yusifi xatırlamağa davam edirsən.’
Ələsgər Musayev:
Dedilər: «Allaha and olsun, o yerə qədər Yusifin yad
etməkdən əl çəkməyəcəksən ki, ta qüvvətsiz olasan və ya həlak
olanlardan olasan!»
A.Mehdiyev və D.Cəfərli:
(Oğlanları) dedilər: «And olsun Allaha, sən Yusufu o qədər xatırlayırsan ki, axırda ölüm yatağına düşəcək və ya həlak olacaqsan.»
Kövsər Tağıyev:
Oğulları: “Allaha and olsun ki, sən hələ də Yusufun fikrini çəkirsən. Axırda üzüntüdən əriyib bitəcəksən və ya həlak olacaqsan”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Allah haqqı, Yusufu xatırlamaqdan əl çəkməsən, xəstə düşərsən, ya da ölüb gedərsən".
Sabirə Dünyamalıyeva:
Dedilər ki: "Allaha and olsun ki, sən elə hey Yusifi xatırlayırsan. Axırda əriyib gedəcəksən yaxud dəyişikliyə/məhvə məruz qalanlardan olacaqsan."