Əlixan Musayev:
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla.
Bünyadov-Məmmədəliyev:
Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində, bir-birinə uyğun şəkildə) yaratdıq. O saat (qiyamət saatı) mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər (və ya onları alicənablıqla bağışla. Allah onsuz da onların cəzasını verəcəkdir!).
Elmir Quliyev
:
Мы сотворили небеса, землю и все, что между ними, только ради истины. Час непременно настанет. Посему прощай их красиво.
Ələddin Sultanov:
Göyləri, yeri və onların arasında olanları yalnız haqq ilə yaratdıq. Qiyamət də mütləq gələcəkdir. Ona görə də sən (onlarla hələlik) gözəl şəkildə rəftar et!
Kerbelayi Malik ağa:
Biz səmaları, yer üzünü və o ikisinin arasındakı şeyləri başqa bir şey üçün yaratmadıq. Ancaq haqq ilə yaratdıq. Şübhəsiz ki, o saat (qiyamət) mütləq gələcəkdir. Artıq onlardan gözəl tərzdə üz çevir.
Ələsgər Musayev:
Biz xəlq etdik səmaları və ərzi və nə
ki, hər ikisinin arasında vardır, ancaq haqq ilə. Həqiqətən, saat
gələcəkdir və üz çevir gözəl çevrilməklə.
A.Mehdiyev və D.Cəfərli:
Və Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (və uca və ağılın təsdiq etdiyi bir məqsəd üçün) yaratmışıq və şübhəsiz, Qiyamət gələsidir (və kafirlərə cəza verəcəyik). Buna görə də, gözəl tərzdə (nə qədər ki, döyüş əmri almamısan) güzəşt et.
Kövsər Tağıyev:
Biz göyləri, yeri və ikisi arasında olanları yalnız haqqa və hikmətə uyğun olaraq yaratdıq. Qiyamət günü mütləq gələcəkdir. Sən indi gözəl bir şəkildə rəftar et.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq yaratdıq. Şübhəsiz ki, qiyamət günü gələcəkdir. Sən (kafirlərdən) gözəl bir dönüşlə üz döndər.
Sabirə Dünyamalıyeva:
Və Biz göyləri, yeri və onların arasındakı şeyləri ancaq haqq/gerçək ilə yaratdıq və əlbəttə ki, o qiyamət, həqiqətən qopacaq. İndi sən fikir vermə və gözəl rəftar et.