Əlixan Musayev:
İsmaili, İdrisi və Zülkifli də (yada sal!) Hamısı səbr edənlərdən idilər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) İsmaili, İdrisi və Zülkifli də (yad et)! Onların hər biri səbr edən kimsələrdən idi.
Elmir Quliyev
:
Помяни также Исмаила (Измаила), Идриса, Зулькифла. Все они были из числа терпеливых.
Ələddin Sultanov:
İsmaili, İdrisi və Zülkifli də (yad et)! Hər biri səbir edən kimsələrdəndi.
Kerbelayi Malik ağa:
Hz.İsmayıl, Hz.İdris və Hz.Zülkifli hamısı səbir edənlərdəndir.
Ələsgər Musayev:
Ismailə və Idrisə və
Zəlkiflə - küllisi səbrlilərdəndir.
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin İsmaili, İdrisi və Zəlkifli (İlyası yada sal) ki, onların hamısı səbrlilərdən idilər (peyğəmbərlik yükünün ağırlığına və onun gözəl icrasının və ümmətin tərbiyə edilməsinin çətinliklərinə dözürdülər).
Kövsər Tağıyev:
İsmaili, İdrisi və Zülkifli də yad et. Onların hamısı səbir edənlərdən idilər.
M.Qənioğlu və T.Bilaloğlu:
İsmaili, İdrisi və Zul-kifli də (yada sal). Hamısı səbr edənlərdir.
Sabirə Dünyamalıyeva:
Və İsmail, İdris və Zülkifl, hamısı səbr edən kimsələrdən idi.