Əlixan Musayev:
Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?”
Bünyadov-Məmmədəliyev:
Onlar mütləq: “Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (məxluqatı yaratmağa qadir olan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini) düşünmürsünüz?”
Elmir Quliyev
:
Они скажут: "Аллаху". Скажи: "Неужели вы не помяните назидание?"
Ələddin Sultanov:
Onlar: “Allahındır!” - deyəcəklər. Sən də: “Elə isə heç düşünmürsünüzmü?” - de.
Kerbelayi Malik ağa:
‘Allahındır.’ deyəcəklər. De ki: ‘Hələ təzəkkür etməyəcəksinizmi (ağıl işlətməyəcəksinizmi)?’
Ələsgər Musayev:
Deyəcəklər: «Allah
üçündür!» De: «Ə, yad etməzsinizmi?»
A.Mehdiyev və D.Cəfərli:
Onlar «Allaha məxsusdur» deyə (cavab verə)cəklər. De: «Belə isə heç ibrət götürmürsünüz?! (Bəs Onun yenidən diriltməyə qadir olmasını nə əsasla inkar edirsiniz)?!»
Kövsər Tağıyev:
“Allahındır”, – deyəcəklər. “Elə isə heç düşünüb öyüd götürmürsünüzmü?” – de.
M.Qənioğlu və T.Bilaloğlu:
Deyəcəklər: "Allaha!" De: "Onda bir düşünüb daşınmazsınızmı?"
Sabirə Dünyamalıyeva:
Onlar: "Allaha məxsusdur" deyəcəklər. "Elə isə, siz düşünüb-daşınmırsınızmı?" de.