Əlixan Musayev:
Belə dediklərinə görə də Allah onları (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur.
Bünyadov-Məmmədəliyev:
Allah da bu sözlərinə görə onlara (ağacları) altından çaylar axan cənnətlər əta etdi. Onlar orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı budur!
Elmir Quliyev
:
Аллах вознаградил их за то, что они сказали, Райскими садами, в которых текут реки и в которых они пребудут вечно. Таково воздаяние творящим добро.
Ələddin Sultanov:
Söylədikləri (bu) sözlərə görə Allah da onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərlə mükafatlandırdı. Yaxşı işlər görənlərin mükafatı budur!
Kerbelayi Malik ağa:
Beləcə, söylədiklərinə görə Allah onlara altlarından çaylar axan və içlərində davamlı qalacaqları cənnətlər lütf etdi. Bu muhsinlərin mükafatıdır.
Ələsgər Musayev:
Allah bu sözlərin bərabərində
onlara cənnətlər əta etdi ki, cari olur altından onun nəhrlər,
həmişəlik qalacaqlar orada. Bu, cəzasıdır yaxşıların!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Allah bu sözlərinin müqabilində onları (ev və ağaclarının) altından çaylar axan Cənnətlərlə mükafatlandırdı ki, orada əbədi qalacaqlar. Budur yaxşı işlər görənlərin mükafatı.
Kövsər Tağıyev:
Dedikləri bu sözə görə Allah onlara daimi qalacaqları, içindən çaylar axan cənnətləri mükafat olaraq verdi. Bu, yaxşılıq edənlərin mükafatıdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah onları bu sözlərinə görə dibindən çaylar axan və orada əbədi qalacaqları cənnət bağları ilə mükafatlandırdı. Xeyir iş tutanların mükafatı budur!
Sabirə Dünyamalıyeva:
Allah da, onların belə demələri səbəbiylə, onları, içində həmişəlik qalacaqları, altından çaylar axan cənnətlərlə mükafatlandırmışdır. Və bu, gözəl-yaxşı əməl işləyənlərin əvəzidir.