Nisa Surəsi 86. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir.
Bünyadov-Məmmədəliyev:
Sizə salam verildiyi zaman onu daha gözəl alın ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır.
Elmir Quliyev :
Когда вас приветствуют, отвечайте еще лучшим приветствием или тем же самым. Воистину, Аллах подсчитывает всякую вещь.
Ələddin Sultanov:
Sizə salam verilən zaman, siz ondan daha gözəl bir şəkildə ya eynisi ilə salama cavab verin! Şübhəsiz ki, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Salamlaşmaq müsəlmanlar arasında sevgini gücləndirən əmin-amanlığı ifadə edən gözəl bir ünsiyyət vasitəsidir. Salamı verən kimsə: “Əssələmu aleykum!” deyər. Ona cavab vərən müsəlman isə ya daha gözəl bir şəkildə: “Və aleykumussələm rahmətullahi bərakətuh”, ya da eynisilə “Və aleykumussələm”, - deyərək salamı alar.)
Kerbelayi Malik ağa:
Bir salamla salamlandığınız zaman, o təqdirdə siz ondan daha gözəli ilə salam verin ya onu (eynilə) qaytarın. Şübhəsiz ki, Allah hər şeyi haqq-hesaba çəkəndir.
Ələsgər Musayev:
onda ki, alqışlayırlar sizi alqışla alqışlayın yaxşı ilə ondan, ya qaytarın onu. Həqiqətən, Allah oldu üzərində külli şeyin Həsab!
A.Mehdiyev və D.Cəfərli:
Sizə salam verildikdə siz ondan daha gözəl yaxud onun kimi bir salam(la cavab) verin. Şübhəsiz, Allah hər şeyin hesabını aparandır.
Kövsər Tağıyev:
Sizə salam verildiyi zaman ondan daha gözəli ilə ya eynisi ilə qarşılıq verin. Şübhəsiz, Allah hər şeyi lazımınca hesaba alandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sizə salam verilsə, ondan da yaxşısı ilə salamlayın ya onu eyni ilə qaytarın. Həqiqətən, Allah hər şeyi hesaba alandır.
Sabirə Dünyamalıyeva:
Sizi bir salamla salamladıqlarında, dərhal ondan daha yaxşısıyla salam verin ya verilən salamı eyniylə qaytarın. Şübhəsiz ki, Allah hər şeyin haqq-hesabını ən yaxşı görəndir.