Maidə Surəsi 86. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafir olub ayələrimizi yalan sayanlar Cəhənnəm sakin-ləridirlər.
Bünyadov-Məmmədəliyev:
Kafir olub ayələrimizi yalan hesab edənlər isə cəhənnəmlikdirlər!
Elmir Quliyev :
А те, которые не уверовали и сочли ложью Наши знамения, являются обитателями Ада.
Ələddin Sultanov:
İnkar edib ayələrimizi yalanlayanlara gəldikdə, onlar cəhənnəm əhlidirlər.
Kerbelayi Malik ağa:
Kafirlər ayələrimizi yalanlayanlar cəhənnəm əhlidir.
Ələsgər Musayev:
O kəslər ki, kafir oldular yalan saydılar ayətlərimizlə Bizi həmin onlardır cəhənnəm əshabı!
A.Mehdiyev və D.Cəfərli:
Kafir olub ayələrimizi nişanələrimizi inkar təkzib edən kəslər isə Cəhənnəmin yoldaşlarıdır.
Kövsər Tağıyev:
İnkar edənlərə ayələrimizi təkzib edənlərə gəlincə, onlar cəhənnəmlikdirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Küfr edərək ayələrimizi yalan hesab edənlər isə - onlar cəhənnəmlikdirlər.
Sabirə Dünyamalıyeva:
İnkar edən ayələrimizi yalan hesab edən kəslər [ki var]; bax onlar, cəhənnəm əhlidir.