Əlixan Musayev:
“Allaha iman gətirin və Onun Elçisi ilə birlikdə cihad edin!”(– deyə) bir surə nazil edildikdə onların var-dövlətə malik olanları səndən icazə istəyib dedilər: “Bizi burax (evdə) oturanlarla birlikdə qalaq!”
Bünyadov-Məmmədəliyev:
“Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun!” – deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: “Qoy biz də (döyüşə çıxmayıb evdə) oturanlarla bir yerdə qalaq!” – deyərlər.
Elmir Quliyev
:
Когда была ниспослана сура с повелением уверовать в Аллаха и сражаться вместе с Его Посланником, обладающие богатством среди них стали просить тебя позволить им остаться и сказали: "Оставь нас, мы будем в числе тех, кто остался сидеть".
Ələddin Sultanov:
“Allaha iman gətirin və Onun Peyğəmbəri ilə bərabər cihad edin!” - deyə bir surə nazil edildiyi zaman onlardan sərvət sahibi olanlar səndən izin istəyər və: “Qoy biz (evdə) oturanlarla birlikdə qalaq!” - deyərlər.
Kerbelayi Malik ağa:
Allaha amənu olmaq (Allaha təslim olmağı diləmək) və Onun Rəsulu ilə birgə cihad etmək üçün bir surə endirildiyi zaman onlardan sərvət sahibləri səndən icazə istədilər. (Belə) dedilər: ‘Bizi burax, evdə oturanlarla birlikdə olaq.’
Ələsgər Musayev:
Onda ki, bir surə nazil oldu: «Inanın Allah ilə
və Onun rəsulu ilə bərabər cihad edin!», - onlardan imkanlıları
səndən izn istəyib və dedilər: «Qoy biz oturanlarla olaq!
A.Mehdiyev və D.Cəfərli:
«Allaha iman gətirin və Onun Peyğəmbəri ilə birgə cihad edin» deyə bir surə nazil olan zaman, onların (münafiqlərin) qüdrət və sərvət sahibləri səndən izn istəyər və «qoy biz evdə oturanlarla birgə olaq» deyərlər.
Kövsər Tağıyev:
“Allaha iman edin və Rəsulu ilə birlikdə cihad edin”, – deyə bir surə endirildiyi zaman onlardan sərvət sahibi olanlar səndən izin istədilər və: “Qoy biz də oturub qalanlarla birlikdə olaq”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər: "Allaha iman gətirin, Onun peyğəmbəri ilə birlikdə cihad edin!" - (deyən) bir surə nazil olarsa, onlardan mal-dövlət sahibləri səndən izn istəyib deyərlər: "İmkan ver bizə, qoy qalanlarla olaq".
Sabirə Dünyamalıyeva:
Və "Allaha iman edin və Elçisi ilə birlikdə cihad edin; səy göstərin!" deyə bir surə nazil edildiyi zaman onlardan güc [mal, mülk, övlad] sahibi olanlar səndən icazə istəyib: "Qoy biz də oturub qalanlarla birgə qalaq!" dedilər.