Yunus Surəsi 87. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Musaya onun qar­­daşına: “Camaatınız üçün Misirdə evlər tikin, evlərinizi namazgah edin namaz qılın. Möminləri müjdələ!”(– deyə) vəhy etdik.
Bünyadov-Məmmədəliyev:
Musaya qardaşına: “Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın möminləri (zəfərlə, Cənnətlə) müjdələyin!” deyə vəhy etdik.
Elmir Quliyev :
Мы ниспослали откровение Мусе (Моисею) и его брату: "Обеспечьте свой народ жилищами в Египте, превратите свои жилища в места для поклонения и совершайте намаз. Обрадуй же верующих!"
Ələddin Sultanov:
Musaya qardaşına: “(Təhlükəsizlik məqsədilə) qövmünüz üçün Misirdə evlər hazırlayın evlərinizi namazgah edin! Namazı düzgün qılın (ey Musa!) möminləri müjdələ!” - deyə vəhy etdik.
Kerbelayi Malik ağa:
Musa (ə.s) qardaşına vəhy etdik: ‘İkinizin qövmü üçün Misirdə evlər tikin evlərinizi qiblə edin namazı qılın. Möminləri müjdələ!’
Ələsgər Musayev:
Biz Musaya qardaşına vəhy etdik: «Qoumunuz üçün Misir şəhərində ev tutun evlərinizi qiblə edin ayağa qalxın islahata bəşarət ver inananlara!»
A.Mehdiyev və D.Cəfərli:
Musaya onun qardaşına (Haruna) vəhy etdik ki, qövmünüz üçün (səhrada yaşamaq əvəzinə) Misirdə (Fironun hökümətinin mərkəzində) evlər hazırlayın, öz evlərinizi üz-üzə tikin namaz qılın. (ey Musa,) möminlərə (qələbə) müjdə(si) ver.
Kövsər Tağıyev:
Əgər üz çevirsəniz, onsuz da sizdən heç bir mükafat istəmədim. Mənim mükafatım ancaq Allaha aiddir. Mənə müsəlmanlardan olmağım əmr edildi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musaya onun qardaşına vəhy etdik: "Camaatınız üçün Misirdə evlər qurun, evlərinizi qiblə [namaz yeri] edin, namaz qılın mömınləri müjdələyin!"
Sabirə Dünyamalıyeva:
Biz Musa ilə qardaşına: "Qövmünüz üçün Misirdə bəzi məktəblər hazırlayın okullarınızı qiblə/gayə edin səlatı yerinə yetirin [maddi zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumları yaradın, onları qoruyun] möminlərə müjdə verin!" deyə vəhy etdik.