Əlixan Musayev:
Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”.
Bünyadov-Məmmədəliyev:
Onlar (istehza ilə) dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı (dininmi) əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!”
Elmir Quliyev
:
Они сказали: "О Шуейб! Неужели твой намаз повелевает нам отречься от того, чему поклонялись наши отцы, или распоряжаться нашим имуществом не так, как мы того хотим? Ведь ты же — выдержанный, благоразумный".
Ələddin Sultanov:
Onlar (istehza edərək) dedilər: “Ey Şüeyb! Atalarımızın ibadət etdiklərindən, yaxud mallarımızı istədiyimiz kimi xərcləməkdən imtina etməyimizi namazınmı sənə əmr edir? Həqiqətən, sən yumşaq ürəklisən, çox ağıllısan!”
Kerbelayi Malik ağa:
‘Ey Şuayb! Atalarımızın ibadət etdiyi şeyləri və mallarımız barəsində istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Şübhəsiz ki, sən həlimsən, rəşidsən (rüşdə çatansan, irşad edənsən).’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Ay Şuəyb! Ə, sənin islahatın əmr edir ki,
atalarımızın ibadət etdiklərini tərk edək, ya öz malımızı
istədiyimiz kimi işlətməyək? Həqiqətən, sən həlimsən,
rəşidsən!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Ey Şüeyb, atalarımızın ibadət etdiklərini buraxmağımızı və ya öz mallarımızla istədiyimizi etməyi tərk etməyimizi sənə namazın əmr edir? (Bizi etiqad və əməldə azadlıqdan sənin namazın məhrum edir?) Axı sən həqiqətən həlim və doğru yolu tapmış bir adamsan! (Belə olan halda bizim azadlığımızı necə məhdudlaşdırırsan?)»
Kövsər Tağıyev:
Dedilər ki: “Ey Şüeyb! Atalarımızın tapındığını və mallarımızı istədiyimiz kimi xərcləməyi tərk etməyimizi sənə namazın əmr edir? Halbuki sən mülayim xasiyyətli və ağlı başında bir adamsan”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər "Ey Şüeyb, namazınmı sənə əmr edir ki, biz ata- babalarımızın ibadət etdiklərini bir yana ataq və ya mal-dövlətimizdən istədiyimiz kimi istifadə edə bilməyək? Axı sən ki həlimsən, ağlın başındadır!"
Sabirə Dünyamalıyeva:
Onlar dedilər ki: "Ey Şüeyb! Atalarımızın ibadət etdiklərindən və ya mallarımızla nə istəsək onu etməkdən əl çəkməyi sənə sənin səlatın [maddi və zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirməyi ehtiva edən dinin] əmr edir? Şübhəsiz ki, sən yumşaq xasiyyətli və ağılı başında bir adamsan."