Yusif Surəsi 87. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey oğullarım! Yusuf qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”.
Bünyadov-Məmmədəliyev:
Oğullarım! Gedin Yusifdən qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”
Elmir Quliyev :
О сыновья мои! Ступайте и разыщите Йусуфа (Иосифа) и его брата и не теряйте надежды на милость Аллаха, ибо отчаиваются в милости Аллаха только люди неверующие".
Ələddin Sultanov:
Ey oğullarım, gedin Yusif qardaşından bir xəbər gətirin! Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz ki, kafirlərdən başqası Allahın mərhəmətindən ümidini kəsməz”. (Buna görə qardaşları təkrar Misirə qayıtdılar.)
Kerbelayi Malik ağa:
Ey oğullarım, gedin! Yusifi onun qardaşını araşdırın! Allahın rəhmətindən ümid kəsməyin. Şübhəsiz ki, kafirlər (onu inkar edənlər) qövmündən başqası Allahın rəhmətindən ümid kəsməz.
Ələsgər Musayev:
Ay oğlanlarım! Gedin Yusifdən qardaşından xəbər tutun Allahın rəhmətindən məyus olmayın. Allahın rəhmətindən məyus olar, ancaq kafir qoum».
A.Mehdiyev və D.Cəfərli:
«Ey mənim oğlanlarım, gedin Yusufu qardaşını axtarın Allahın qurtuluş mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz».
Kövsər Tağıyev:
“Ey oğullarım! Gedin Yusufu qardaşını araşdırın. Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki Allahın rəhmətindən yalnız kafirlər qövmü ümidini kəsər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey oğullarım! Gedin, Yusufdan qardaşından bir xəbər tutun Allahın mərhəmətindən əlinizi üzməyin! Allahın mərhəmətindən yalnız kafir adamlar əl üzərlər".
Sabirə Dünyamalıyeva:
Ey oğullarım! Gedin Yusifdən qardaşından bir xəbər bilin. Allahın bəxş edəcəyi qurtuluşdan ümid kəsməyin, həqiqətən kafirlər; [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər] tayfasından qeyrisi Allahın bəxş edəcəyi qurtuluşdan ümidini kəsməz."